Kürdəmir rayonunda keçirilən “Açıq mikrofon” aksiyasına dair məlumat - FOTO
SOCAR “Azəriqaz” İB-nin bölgələrdə təşkil etdiyi “Səyyar qəbul otağı” Kürdəmir rayonunda qurulub.
"Paralel.az" xəbər verir ki, aksiyaya ümumilikdə 7 nəfər qatılıb ki, onların da müraciətləri eyniyönümlü olub.
Arzum Sultanov, Dilbər Əhmdova, Xəyalə Azayevanın timsalında digər 4 sakinin müraciəti SOCAR "Azəriqaz" İstehsalat Birliyində işə qəbulla bağlı olub.
Ünvanlanan müraciətlərlə əlaqədar Birliyin Ağsu Regional qaz istismarı İdarəsinin rəhbərliyi tərəfindən vətəndaşlara lazımi izahatlar verilib.