Mərkəzi Bank manatı niyə bahalaşdıra bilmədi?

Mərkəzi Bank manatı niyə bahalaşdıra bilmədi?
 

Azərbaycan hökuməti oliqarxiyanı müstəqil sahibkarlar sinifinə dəyişmək istəmir

 

Ötən həftə Azərbaycan Respublikasının Mərkəzi Bankının keçənilki fəaliyyətinə dair hesabatı təqdim edildi. Hesabatda diqqət çəkən məqamlardan biri Mərkəzi Bankın il ərzində manatın bahalaşdırılması istiqamətində edilən uğursuz cəhdlərdir. Doğrudan da 2022-ci il ərzində Mərkəzi Bankın yeni rəhbəri manatın bahalaşdırıması üçün müxtəlif maliyyə alətlərindən istifadə etdi. Lakin buna baxmayaraq il ərzində manatın effektiv məzənnəsində dirçəliş olmadı, daxili inflyasiya cilovlana bilmədi.

 

Məsələn, 2021-ci ildə inflyasiya 3,4% olmasına rəğmən, 2022-ci ildə bu rəqəm rəsmi məlumatlara görə 14,7%-ə qədər yüksəldi. Qeyri-rəsmi məlumatlara görə isə ötən il inflyasiya səviyyəsi rəallıqda rəsmi rəqəmlərdən bir neçə dəfə çox olub.

Bunula yanaşı, Mərkəzi Bank manatın məzənnəsini daxili valyuta bazarında sabit saxlamaq üçün Azərbaycan Respublikasının Dövlət Neft Fondunun (ARDNF) vəsaitləri hesabına 2 milyard 48 milyon dollar vəsiti hərraclarda kommersiya banklarına satıb. Bu göstərici əvvəlki illərə nisbətən bir qədər azalsa da, hər halda ölkənin dövlət büdcəsinin 6,8%-i təşkil edir. Bu 2 milyard 48 milyon manatı hökumətin manatın saxlanması üçün xərclədiyi (havaya sovruduğu) vəsait kimi dəyərləndirmək olar. Çünki normal bazar iqtisadiyyatı modeli firmalaşdiran ölkələrin bu cür xərc maddəsi olmur. Buna nümunə göstərmək üçün heç uzağa getməyə, inkişaf etmiş ölkələr arasında axtarış etməyə ehtiyac yoxdur.

Məsələn, qonşu ölkələrdən heç biri (Türkmənistan istisna olmaqla) belə bir xərc maddəsinə malik deyil. Həmin ölkələrin milli valyutaları hökumətin birbaşa müdaxiləsi olmadan, üzən məzənnə ilə tənzimlənir. Açığı Ermənistanın Gürcüstanın belə müdaxilələri həyata keçirmək üçün real imkanları yoxdur. Digər qonşularımızın isə belə addımlar atması üçün bizdən daha çox imkanları var. Buna rəğmən onların sərvətdən gələn gəlirləri bizim kimi havaya sovurmaq niyyətləri yoxdur.

Bəs Azərbaycandan fərqli olaraq qonşuları hansı yolla gedir?

Əslində yuxarıda qeyd etdiyimiz, Mərkəzi Bankın manatın məzənnəsinin möhkəmləndirilməsi üçün atdığı addımlar nəzəri baxımdan ciddi səmərə verməli idi. Dövriyyənin sürətləndirilməsi qısa müddətli, yüksək gəlirli əmanətlər hesabına dövriyyədə olan pul kütləsini azaltmaqla manatın məzənnəsini möhkəmləndirmək nəzəri baxımdan mümkündür. Ancaq bu alət ölkəmizdə hədəfləri vura bilmədi. Bunun əsas səbəbi isə bizim qonşularımızdan fərqli olaraq milli vlyuta məzənnəsinin süni şəkildə tənzimləməyimiz, onu sabit saxlamağımızdır.

Belə ki, Azərbaycanda hökumətin sürdürdüyü iqtisadi siyasət nəticəsində yerli istehsal ildən-ilə zəifləyir, daxili tələbatın qarşılanmasında onun payı azalır. Yerli istehsalın yerli təkəbatı qarşılanmasında azalan payının yerini isə idxal məhsulları tutur. Artan idxal prosesinin davamlılığını təmin etmək üçün maliyyə bazarına hökumət tərəfindən atılan valyutaya izafi tələbat yaradır. Çünki idxal mallarının hamısını sahibkar xarici valyutaya (daha çox ABŞ dollarına) alır. Həmin mallar ölkəyə daxil olur, daxili bazarda manata satılır. Əldə edilən vəsitlə yenidən əmtəə idxal etmək üçün manat kütləsini yenidən valyutaya çevirmək lazım gəlir. Belə olan halda sahibkar əldə etdiyi manatla valyuta almaq məqsədilə banklara müraciət edir. Hökumət hər ay hərraca tələbat qədər valyuta çıxara bilməsə, sahibkar əlindəki milli valyuta ilə xaricdən mal idxal edə bilməyəcək. Nəticədə, ölkənin daxili bazarında ərzaq qıtlığı yaranacaq. Ona görə , hökumət hər ay valyuta bazarının tələbatı qədər ABŞ dolları satmaq məcburiyyətində qalır. Bu proses atanın narkoman övladına hər gün tələbatı qədər "mal" almağa məcbur olmasına bənzəyir. Rəqəmlərdən göründüyü kimi, ölkəmizə il ərzində təxminən 2.5-3 milyard dollar civarında dəyərə malik ərzaq idxal edilir. Ötən il bu tələbatın 2 milyard 48 milyon ABŞ dolları ARDNF vəsaitlərinin hərraca çıxtılması hesabına, yerdə qalanı hissəsi isə ixrac edilən qeyri-neft-qaz məhsullarından ölkəyə daxil olan valyuta hesabına qarşılanıb.

Göründüyü kimi, Azərbaycan hökuməti ölkə əhalisinin ərzağa olan tələbatının 80-90%-i yerli istehsal hesabına təmin edilməsinə nail ol bilsə, o zaman hər il daxili valyuta bazarında ən azı 2 milyard ABŞ dolları həcmində valyutaya olan tələbatı aradan qaldırmış olar. Hansıki, ötən il Mərkəzi Bank təxminən ərzaq idxalı üçün tələb edilən valyuta həcminə yaxın (2,048 milyard) məbləğdə ARDNF vəsaitini hərraca çixarıb.

Bir qədər sadələşdirsək, Mərkəzi Bankın hər ay manatın məzənnəsini qorumaq üçün hərraca çıxardığı dollar əhalinin ərzğa olan təkəbatının idxal hesabına ödənilməsinə xərclənir. Yerli istehsalı inkişaf etdirməklə biz bu xərci aradan qaldıra bilərik.

Üstəgəl, yerli istehsal artdıqca qeyri-neft-qaz ixracatının da artması təbii olaraq müşahidə ediləcək ki, bu da daxili valyuta bazarında xarici valyuta təklifinin artmasına, bu da öz növbəsində manatın möhkəmlənməsinə, yəni bahalaşmasina gətirib çıxaracaq.

Bəs hökumət hər il ən azı 2 milyard dollar itkidən yaxa qurtarmaq üçün yerli istehsalı necə artirmalıdır?

Bunun üçün birinci növbədə dövlət orqanlarında korrupsiya halları aradan qaldırılmalı, tam şəkildə hesabatlılıq şəffaflıq təmin edilməlidir. Ardınca, sahibkar azadlığı mülkiyyət toxunulmazlığı ilə yanaşı, hər cür inhisarçılıq aradan qaldırılmalı, rəqabət mühiti yaradılmalı, qanunun aliliyi məhkəmələrin müstəqilliyi təmin edilməlidir. Yalnız bundan sonra yerli istehsalın inkişaf etdirilməsı üçün kənd təsərrüfatına digər istehsal sahələrinə əsaslı dövlət investisiyası yatirmalıdır.

Fikrimizcə, bu yolu Azərbaycan hökumətinin ölkə iqtisadiyyatını idarə edən görəvliləri bilir. Çünki dünyanın bütün inkişaf etmiş inkişaf etməkdə olan ölkələrı bu üsulla iqtisadiyyatını inkişaf etdirməyə, ölkənin daxili tələbatının idxaldan asılılığını azaltmağa cəhd edir. Bizdə isə tam əksinə proses gedir - ilbəil ölkənin idxaldan asılılıği kəskinləşir. Bu isə hər şeydən əvvəl dövlətin milli təhlükəsizliyinə təhdid risklər yaradır. Elə isə Azərbaycan hökuməti üçün iqtisadi siyasətini dəyişmir?

Fikrimizcə, yuxarıda qeyd edilən tədbirlər həyata keçrilərək iqtisadi siyasət dəyişdirilərsə, təbii olaraq, hazırkı iqtidarın nəzarətindən kənar şəxslər bir neçə ildən sonra kapital sahibi olacaq ölkədə hökumətdən asılı olmayan orta sinif - müstəqil sahibkarlar onların idarə etdiyi kollektivlər yaranacaq. İstənilən ölkədə isə hakimiyyət orta siniflə hesablaşmaq, onun tələblərini yerinə yetirmək məcburiyyətində qalır. Ona görə Azərbaycan iqtidarı hər vəchlə ölkədə müstəqil sahibkarlar (orta) sinifinin formalasmasının qarşısını alır, onun bədəlini isə neft-qaz satışından əldə edilən gəlirlər hesbına ödəyir. Məsələn, hökumət hər ay hərraca çıxrdığı (göyə sovurduğu) dollarla idxalı təmin edir ki, bizim qeyd etdiyimiz islahatları həyata keçirmək məcburiyyətində qalmasın. Müstəqil sahibkarlar sinifi yaradıb, onun nazı ilə oynamaqdansa, hökumət oliqarx «bəsləyib» daha çox xərc çəkməyə üstunlük verir. Çünki oliqarxlar hökumətə tabe olan sahibkarlar sinifidir. Məhz bu səbəbdən hökumət itisadiyyatın bir hissəsini özünün, digər hissəsini isə oliqarxların inhisarında saxlayır. Bu isə yerli istehsalın inkişafına ciddi manie yaradır onun tənəzzülünə səbəb olur. İstehsalatı tənəzzülə uğrayan, ilbəil kiçilən iqtisadiyyatda isə maliyyə-fiksal alətlərin səmərəli işkəməsi mümkün deyil.

 

0.02739405632019