"Dilimizә, tariximizә vә kökümüzә xәyanәtdir": Seyfəddin ALtaylı
Naşir Şahbaz Xuduoğlunun kitab biznesində arzu etdiyi rentabelliliyə nail olmadığı üçün ölkəmizdə Azərbaycan ədəbi dilini türk dili (Türkiyə türkcəsi) ilə əvəz etmək təşəbbüsü (oxu: tənəzzülü – red.) cəmiyyətdə birmənalı hiddət doğurub. Bakı Avrasiya Universitetinin müəllimi, professor Seyfəddin Altaylı deyib.
Mәn Türkiyәdә doğulmuş, ibtidai mәktәbdәn ali tәhsilә qәdәr orda yetişmiş, 12 ilә yaxın müәllimlik edәrәk insan yetişdirmiş bir şәxsәm vә İstanbul Universitetinin Әdәbiyyat fakültәsinin mәzunuyam. 2015-ci ildәn Bakı Avrasiya Universitetindә müәllim işlәyirәm. Azәrbaycan türkcәsinin buraxılıb yerinә Türkiyә türkcәsinin qәbul edilmәsi fikrinin irәli sürülmәsindә şәxsәn mәn iki әsas sәbәb görürәm.
Birincisi, bu qardaşımız nә tarixdәn, nә türk mәdәniyyәti tarixindәn, nә dә dil tarixindәn xәbәrdardır.
İkincisi, onu kimlәrsә bu fikrә yönlәndirib vә o sözlәri söylәdib. Mәn hәm dilçi, hәm tarixçi, hәm dә folklorşünasam vә nәinki Azәrbaycan türkcәsinin yerinә Türkiyә türkcәsinin qәbul edilmәsini, bütöv olaraq Türk dünyasının hәr bir küncündә, bütün kәndlәrimizdә danışılan ağızların (dialekt) belә hәdsiz qısqanclıqla qorunması tәrәfdarıyam, çünki onlarda bizim mifik tariximiz, tarixi sәrgüzәştimiz, mәdәniyyәt abidәlәrimiz, ulu babalarımızın yaratdığı dilin ruhu yaşayır.
Xahiş edirәm, dil ilә bağlı fikirlәr irәli sürülәndә yüz ölçüb, bir biçin. Türkiyә türkcәsinin ortaq ünsiyyәt vasitəsi kimi qәbul edilmәsi mәsәlәsinә gәldikdә bu, türk dövlәtlәri vә xalqları arasında ünsiyyәti yaradacaq bir fikirdir, ola da bilәr, olmaya da, ancaq olması yaxşı olar. Şәxsәn bir türkcәnin ünsiyyәt dili olmasının tәrәfdarıyam. Bunu hansı dövlәt bacarmaq istәyirsә – Türkiyә, Azәrbaycan, Özbәkistan, Qazağstan vә ya bir başqası ona dayaq olmaq lazımdır, ancaq dediyim kimi, türk dünyasının hәr bir küncündә danışılan dillәrә ziyan vurmamaq şәrti ilә. Bütün dillәrin buraxılıb bir dilin mәnimsәnmәsi isә, mәnә görә, dilimizә, tariximizә vә kökümüzә xәyanәtdir. Unudulmamalıdır ki, ulu tariximiz mifik çağlardan başlayaraq bu günә kimi gәlib çıxmışdır, dünәn tarix sәhnәsinә çıxmış bir xalq deyilik.
Hamıya hörmәtlә. “kamilinfo”