Yasamal RİH-in başçısı Elşad Həsənov Qarabağ qazisini qəbul etmir - Qazi
Yasamal RİH başçısı Qarabağ qazilərini qəbul etmir
Bu barədə Qarabağ qazisi öz "Facebook" səhifəsində bildirib
Birinci Qarabağ müharibəsinin qazisi, “Paralel” Media Qrupunun rəhbəri Tapdıq Abbasın özünün verdiyi məlumata görə, Yasamal RİH-in başçısı ilə görüşmək üçün elektron poçt vasitəsilə qəbula yazılmaq məqsədilə müraciət edib.
Yasamal RİH-in Qarabağ qaziləri, veteranları və şəhid ailələri şöbəsinin məsləhətçisi zəng edərək, qaziyə bildirib ki, fevralın 20-də keçiriləcək icra başçısının qəbuluna yazılmaq üçün müraciət etmisiniz. Bununla əlaqədar olaraq fevralın 20 - də saat 13-dən sonra ( icra başçısının qəbulu səhər saat 10 – da olduğu halda) sizi şöbədə qəbula dəvət edirik.
Qarabağ qazisi, II qrup əlil Tapdıq Abbas Yasamal RİN- in əməkdaşının belə məsuliyyətsiz və biganə münasibətilə bağlı fikir bildirib: “Yasamal İcra hakimiyyəti başçısı nəinki Qarabağ qazisinin, hətta istənilən vətəndaşın qəbulunu təmin etməyə borcludur. Çünki bu, onun vəzifəsidir. Bu cür yanlış hərəkətlər ilk növbədə ölkə Prezidentinin Qarabağ veteranları, əlilləri və şəhid ailələrinə qayğı və diqqət göstərmək barədə Sərəncamına və göstərişilərinə tamamilə ziddir. Yasamal rayon İcra Hakimiyyətinin vəzifəli məsul şəxsləri vətəndaşların müraciətlərinə bu cür məsuliyyətsiz və laqeyd münasibət göstərməməlidirlər” – deyə bildirib.