Türkiyə KİV bu azərbaycanlıdan yazır: 14 nəfərin xilasına səbəb olub
Kahramanmaraşda axtarış-xilasetmə işlərinə dəstək olmaq üçün Azərbaycandan Türkiyəyə gedən Ceyhun Xəlilov özü ilə apardığı qabaqcıl texnoloji alət sayəsində 14 nəfərin xilas olmasında birbaşa iştirak edib.
Paralel.az TRT-yə istinadla xəbər verir ki, Ceyhun Xəlilov zəlzələ xəbərini eşidən kimi Türkiyəyə getmək üçün Bakıdakı qurumlara müraciət etdiyini bildirib.
Ukraynada Milli Müdafiə Universitetini bitirdiyini, həmçinin Türkiyədə dağıntılar altında lentə alma sistemləri üzrə təhsil aldığını qeyd edən Xəlilov, qurumlardan qısa müddətdə müsbət cavab ala bilmədiyini, buna görə də öz imkanları ilə Türkiyəyə yola düşdüyünü deyib.
O bildirib ki, uçuşların ləğvi səbəbindən bir gecə hava limanında yatıb və ilk tapdığı təyyarə ilə Ankaraya gəlib. Fevralın 8-də Kahramanmaraşa çatan C. Xəlilov Beşir Dərnəyinin Axtarış-Xilasetmə qrupu ilə birlikdə fəaliyyətə başlayıb.
İstifadə etdiyi dağıntılar altında lentə almaq qabiliyyətinə malik cihazın qabaqcıl xüsusiyyətləri olduğunu bildirən Xəlilov deyir ki, iki kamera və akustik səs yazıcıdan ibarət sistem dağıntılar altındakı vəziyyəti göstərə bilir, həmçinin oradakı zərər çəkənlərlə qarşılıqlı əlaqə imkanı yaradır.
Dağıntılar altından əldə etdiyi məlumatları Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) və axtarış-xilasetmə qrupları ilə bölüşdüyünü bildirən Xəlilov ilk olaraq fevralın 9-da 17 yaşlı qızın qəzadan xilas edilməsində fəal rol oynadığını deyib.
Xidmət etdiyi qruplarla uğurlu koordinasiya əldə etdiklərini qeyd edən Xəlilov, 14 nəfərin dağıntılar altından xilas edilməsində əməyi olduğunu bildirib.
C. Xəlilov başqa bir həyat tapmaq ümidi ilə yorulmadan çalışdığını vurğulayıb:
“Türkiyənin kədəri kədərimiz, sevinci isə sevincimizdir. Çox təəssüf edirəm, səbr diləyirəm. Əlimizdən gələni edirik, yanınızdayıq, biz sona qədər buradayıq”.