Cavid Qurbanovun Referans Klinikası qarışdı – ŞOK VİDEO
Bir neçə gün bundan öncə sosial şəbəkələrdə və yerli KİV-də həkim Cəmilə Hüseynova Tik-Tok-da canlı yayımda vagina əməliyyatı etdiyi barədə yazı dərc edilib. Həkimin bu hərəkəti insanlar tərəfindən qınağa tuş gəldi. Etik olmayan işləri insanlara göstərməyi sərt şəkildə qınanıldı və tənqid edildi. xəbər verir ki, aşağda sözü gedən videoda göründüyü kimi canlı yayımda xəstəni labioplastika (cinsiyyət dodaqları) və vaginaplastika (vagina daraltma) əməliyyatı edib.
Videoda göründüyü kimi canlı yayımda xəstəni labioplastika (cinsiyyət dodaqları) və vaginaplastika (vagina daraltma) əməliyyatı edib.
Həkim Cəmilə Hüseynova tik-tok hesabında canlı yayım açaraq Xəstənin əməliyyat masasındakı görüntüsünü və əməliyyatın icrasını izləyicilərə nümayiş etdirib. Həmin vaxt xəstənin vaginası tüstüləndiyi görünür. Həkimin bu hərəkəti izləyicilər tərəfindən birmənalı qarşılanmayıb. Sosial şəbəkə izləyiciləri həkimi qanunsuzluqda və tərbiyəsizlikdə qınayıblar.
Sarkazm.az bildirir ki, Referans kilnikasının filiallarından birinin müdiri olan həkim Ariz Cəbrayılov bəzi media nümayəndələrinə zəng edərək yazının silinməyini xaiş edib. Yazılar silinməyəcəyi halda jurnalistləri hüquq-mühafizə orqanları və məhkəmə ilə hədələyib.
Bu azmış kimi hələ jurnalistlərə jurnalistikadan “dərs” keçməyi də unutmayıb. Cəmilə Hüseynova vagina əməliyyatını hansı xəstəxanada etdiyi haqqında hələ ki, heç bir məlumat əldə etməmişik amma bu məsələnin Referans klinkası ilə hər hansı bağlığının olduğunu və həmin klinkanın rəhbərliyinin narahatlığı bizə məlum deyil.
Qeyd edək ki, dövrü mətbuatda yayılan məlumatlara görə Referans Klinkası Rəqəmsal İnkişaf və Nəqliyyat nazirinin müavini Cavid Qurbanova məxsus olan klinkaların siyahısına daxil olduğu deyilir. Cavid Qurbanov bir neçə klinkanın ona məxsus olduğu barədə yayılan məlumatların heç birini nə təsdiq, nə də təkzib edib. (Sarkazm.az)