YANASAN FƏLƏK - Təvəkkül Goruslu

YANASAN FƏLƏK - Təvəkkül Goruslu
 

YANASAN FƏLƏK

Nə idi körpəmin suçu, günahı,
Dəhşətlər içində açsın sabahı.
Məsum ürəklərin tutmazmı ahı,
səni odlamazmı, yanasan fələk!

Dağıntı altında sıxışıb qalan,
Körpə ürəyimdi kədərdən talan,
Yavrucuq balamı bu hala salan,
Qəlbin çatlamazmı, yanasan fələk!

Yurdum viran olub, çölüm çökəlib...
Bir gördün yavrucum çıxıb, yekəlib .
Xaraba şəhərlər qalxıb dikəlib,
sonu adlamazmı, yanasan fələk!

10. 02. 2023

"Paralel.az"

0.038697957992554