ZƏLZƏLƏ "ŞƏHİDLƏRİ"

ZƏLZƏLƏ
 

ZƏLZƏLƏ "ŞƏHİDLƏRİ"
( Başın sağ olsun, Türkiyə)

Şaxta, uğultu, qorxu,
Təkanlar, qaçmış yuxu,
Titrək planetin oxu
Zülmə bürüdü yeri,
Zəlzələ "Şəhidləri"...

Evlər qum tək töküldü,
Bellər dərddən büküldü,
Arzu, ümid söküldü...
Biz öldük diri-diri,
Zəlzələ "Şəhidləri"...

Qəfil birləşən Dünya,
Yasda əlləşən Dünya,
Bu köməkləşən Dünya
Yox edər düyünləri,
Zəlzələ "Şəhidləri"...

Qurarağ xoş gələcək...
Türkiyə dirçələcək...
Körpələr böyüyəcək
Qovarağ nəs illəri
Zəlzələ "Şəhidləri".

Givi şərik kədərə,
Şeiri yazmaz hədərə.
Dua edib min kərə
Xatırlayır Sizləri
Zəlzələ "Şəhidləri".

09.02.2023
Giya Paçxataşvili

0.036004066467285