İqtisadi inkişaf strategiyası Qərbə, ölkə mediasının inkişaf vektoru bəlli deyil?

İqtisadi inkişaf strategiyası Qərbə, ölkə mediasının inkişaf vektoru bəlli deyil?
 

Azərbaycanın milli inkişaf strategiyasında rəsmən göstərilir ki, Azərbaycanın strateji inkişaf hədəfi Avropaya inteqrasiyadir. Hökumətin apardığı siyasətin bəzisi (iqtisadi siyasət) əsasən bu strateji hədəfi təmin etməkdədir.

Hazırda Azərbaycanın xarici ticarət dövriyyəsinin 85%-i, idxalının 50%-dən çoxu, ixracatının isə 52%-i Avropa ölkələrinin payına düşür. Ötən il bağlanan qaz ixracının 2 dəfə artması, Avropaya elektrik enerjisinin ixracı müqavilələrinin reallaşması nəticəsində qarşıdakı 2 il ərzində ölkə ixracatında Avropa ölkələrinin payı 80%-i ötəcək. Bununla yanaşı, Azərbaycan ötən il 4 milyon ton Qazaxıstan xam neftini tranzit ölkə kimi, BTQ dəmiryolu vasitəsi ilə Avropaya ötürüb. Cari ildə bu həcmin 6,5 milyon tona, qarşıdakı 5 il ərzində isə 15 milyon tona çtdırılmasi nəzərdə tutulur.

Neft ixracı baxımından Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (TBNM) nəqletmə gücünün artırılmasına Türkmənistan da maraq göstərir. Bundan əlavə, Azərbaycan Avropadan yaşil enerji avadanlıqlari idxal etməklə karbon emisiyyasını 2050-ci ilə qədər 50% azaltmaq öhtəliyi götürub, bu, ölkənin Avropadan idxalın genişlənməsinə töhfə verəcək.

Ərzaq buğdası asılılığına gorə isə, Rusiyadan ölkəmizə idxal payı 20%-ə çatir. Bunun isə aradan qldırılması üçün hökumət yerli istehsalı dəstəkləməyi hədəfləyir.

Bundan əlavə, son 20 ildə istifadəyə verilən, ölkə iqtisadiyyatının "şah damarları" sayılan Bakı-Tiblisi-Ceyhan neft kəməri, Bakı-Tiblisi-Qars qaz kəməri Bakı - Axalkalaki - Ərzurum dəmir yolu xətti Rusiyaya yox, Avropaya yönəlib.

"Qarabağ probleminin açarı Rusiyadadır" deyənlərə gəldikdə isə, onların proznozlarının yanlış olduğu artıq 44 günlük vətən müharibəsində sübut edildi. Üstəgəl, məsələnin diplomatik həllində Avropa İttifaqının birmənalı olaraq, məsələni Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini təklif etməsi, Rusiyanın "dovşana qaç, tazıya tut" prinsipini kölgədə qoyur.

Bütün bunlar deməyə əsas verir ki, istəsək , istəməsək , bizim yalnız iqtisadi siyasətimiz deyil, həm dövlət siyasi maraqlarımız Avropa ilə bir yerdə olmağı diktə edir.

 Bəs Avropa Azərbaycan mediası haqqında düşünür?

 Avropanın Azərbaycan mediası üçün ən zərərli saydığı məsələ ötən il qəbul edilən "Media haqqında" Azərbaycan Respublikasının qanunudur. Məsələn, Avropa İttifaqının Azərbaycandakı nümayəndə heyətinin rəhbəri Peter Mixalko bildirib ki, Azərbaycanda azad müstəqil jurnalistikaya bötük əhəmiyyət verir.

Onun sözlərinə görə, Azərbaycanda qüvvəyə minmiş Media haqqındaqanun Azərbaycan hakimiyyəti arasında gərgin müzakirə mövzusudur. P. Mixalko deyir ki, qanundakı yeniliklərin jurnalistlərin fəaliyyətinə mənfi təsiri göstərməməsi çox vacibdir. Yəni rəsmi nümayəndəsi açıq şəkildə vurğulayır ki, MEDİA Agentliyi tərəfindən hazırlanan dövlətin qəbul etdiyi qanun müstəqil jurnalistlərin fəaliyyətinə mane olur, söz azadlığını məhdudlaşdırır.

Bununla yanaşı, hələ ötən ilin iyun ayında - "Media haqqında" qanun məhdud çevrədə müzakirə edildiyi zaman Avropa Şurası yanında Venesiya KomissiyasıMedia haqqındaqanun barədə yekun rəyini açıqlayıb: “Belə qənaətə gəldik ki, Azərbaycanda müstəqil jurnalistika media üçün onsuz da son dərəcə məhdud məkanın mövcudluğu kontekstində bu qanun daha daçəkindirici effektə (chilling effect) malik olacaq. Bir çox müddəalar ifadə media azadlığı ilə bağlı Avropa standartlarına uyğun gəlmir mediayaictimai nəzarətçirolunu səmərəli şəkildə həyata keçirməyə imkan vermir,”

Venesiya Komissiyası Avropa Şurasına üzv olan bir ölkədə belə bir qanunun tətbiqini qəbuledilməz saydığını bildirib.

Komissiya Media haqqındaqanunla bağlı Azərbaycan hakimiyyətini təcili olaraq aşağıdakıları həyata keçirməyə çağırıb:

- Qanunun 26- maddəsi - KİV-lərin yaradılması, xarici mülkiyyət xaricdən maliyyələşməyə dair geniş məhdudiyyətlər ləğv edilsin;

- Media Resyestri ləğv edilməli ya reyestrə daxil olmaq üçün tələb olunan həddən artıq şərtlər ləğv olunmalıdır;

- akkreditasiya üçün nəzərdə tutulan şərtlər ləğv olunmalıdır;

- məzmunla bağlı qanundakı məhdudiyyətləri Avropa Konvensiyasının 10-cu maddəsinin presedentinə uyğunlaşdırmaq;

- jurnalist qaynaqlarının qorunması ilə bağlı müddəaları dəyişdirmək;

- platforma yayımçıları üçün lisenziya tələbini ləğv etmək;

- çap onlayn media məhsullarının nəşri, yayılması üçün səlahiyyətli orqanlara yalnız məlumatlandırma yetərli olmalıdır;

Venesiya Komissiyası qanunun müəyyən etdiyi jurnalist anlayışının, gizli çəkilişlərinin yayılmasının qəti qadağan edilməsinin qüsurlu olduğunu vurğulayıb. Komissiya qeyd edib ki, jurnalsit anlayışı genişləndirilməli, gizli çəkilişlərə qadağalar ictimai maraqlar baxımından yol verilən olmalıdır. Rəydə teleradio sahəsində tənzimləyici qurumun formalaşdırılması modelinin yenidən işlənməsinin gərəkli olduğu vurğulanır.

Buyurun, indi isə Əhməd İsmayılov desin, görək dövlət başçısınin apardığı siyasətlə Azərbaycan mediasının inkişaf hədəflərı adekvatdırmı?

 

 

 

0.021856784820557