Elm inkişaf mənbəyidir

Elm inkişaf mənbəyidir
 

İstənilən fəlakətin qarşısını elmlə almaq mümkündür

Mövlana Cəlaləddin Rumi deyib: "Qərbə getdim, - "İslam" gördüm, müsəlman görmədim, Şərqə getdim, - "müsəlman" gördüm, İslam görmədim". Bəli, 800 il bundan əvvəl yaşayan Rumi dinin güclü, elmin zəif inkişaf etdiyi dövrdə deyib bu kəlamı. Bu kəlam bu gün öz dəyərini saxlayır, çünki həqiqəti, reallığı əks etdirir!

Dinin insanlara təbliğ etdiyi əsas ideya elmdir. Belə bir populyar ifadə var "Lazım gəlsə, elm arxasınca Çinə qədər getmək lazımdır". Sonuncu Müqəddəs Kitab olan "Qurani-Kərimin" tərcüməsində xüsusi qeyd edilib ki, bu Kitabı başa düşmək, anlamaq üçün 20 əsas 60 əlavə elmdən anlayış lazımdır.

Bir çoxlarından dinə -nasibət soruşsaq, dərhal cavab verəcək ki, Müqəddəs "Qurani-Kərim" evdədir! Əksəriyyətimiz isə "Qurani-Kərim"i stolun üzərinə qoymuruq, oxumaq, öyrənmək nəsihətinə əməl etmirik. Kitabı evdə əl çatmayan yerdə saxlayırıq. Əksər halda səhv edirik, Quran ayələrin yalnız ölülərə aid olduğunu düşü-nürük, halbuki, bütün kitablar dirilər üçündür. Təəssüf ki, Kitabdakı ayə surələrdə əks olunan İlahi əməlləri yerinə yetirməyi çox vaxt unuduruq...

Şəhidlərimizə, ayın 6-da Türkiyədə İslam coğrafiyasında zəlzələ səbəbindən dünyasını dəyişən insanlara ALLAH rəhmət eləsin, ruhları şad, məkanları cənnət olsun inşə ALLAH! Amin!

Amma gəlin, bir həqiqəti acı da olsa, etiraf edək! Özü- müsəlman hesab edən bizlərin çatışmayan, qüsur nöqsanlarımız çoxdur! Düz-, heç kimin "öz ayranına turş"  demədiyi, eqoizmin genişləndiyi fani dünyada qüsur nöqsandan söz açmaq çoxlarının xoşuna gəlmir, amma öz eybini görmək onu islah etməyə cəhd imandan sayılır.

Milli qüsurlarımızın ən pisi ELMƏ biganəlikdir, savadsızlıqdır, elmi nailiyyətlər əldə edə bilməməkdir dünya elminin nailiyyətlərini belə, mənimsəmək tətbiq etməyə can atmamaqdır. Alimlərimizin sayı ilə keyfiyyəti arasında dərin uçurum var. Ölkəmizdə 15 mindən çox alim var, amma müstəqillik döv-ründə heç normal bir elmi kəşfə ya ixtiraya da rast gəlmək mümkün deyil. AMEA-da elmi işlə dərin məşğul olan alim tapmaq mümkün deyil, AAK isə hər ay neçə-neçə "alim istehsal" edir.

Guya müsəlmanıq, Dini qurumların bildirdiyinə əsasən, əhalinin yalnız 15 faizi dini ayinləri icra edir! Qafqaz Müsəlmanları İdarəsi dinimizin hikmətlərini insanlara çatdırmağı çoxdan unudub, -ZİR qutularının sayı isə hər gün artır, xalq maariflənmir, xurafat dərinləşir, insanlar ALLAHın haram buyurduğu əməllərlə daha çox məşğul olur bununla kifayətlənmir, dindarlar görməli olduqları işləri ALLAHın üzərinə atmağa cəhd edir!

ALLAHA ibadət etmək, "Qurani-Kərim"i oxumaq həyata tətbiq etmək etmək olduqca vacib əməldir. Amma bu vacib ibadətə əməl etmək unudulub, hətta Bakıda AZANın oxunmasını belə, istəmirlər, sevmirlər!

ALLAHın Müqəddəs Kitablarda insana tövsiyyə etdiyi ən böyük nemət BEŞİKDƏN QƏBİRƏ -DƏR OXUMAQDIR! Amma din alimlərimiz İlahi elmlə məşğul olmaq əvəzinə, saxta işlərlə məşğul olmağı üstün tutur, daha çox cəhalətə üz tutur, OĞURLUĞA, HARA-MA, DÜNYA MALINA, NƏF-SİMİZƏ QUL OLMAQDA TA-YIMIZ, BƏRABƏRİMİZ YOX-DUR! Baxın, bəlkə , başımıza hər gün açılan bütün bəlaların kökündə duran da budur!?

Diqqət edin, vaxtı ilə dünyada zəlzələ sunamidən ən çox ziyan çəkən, insan tələfatı ilə üzləşən YAPON xalqı idi. Amma son illər baş verən zəlzələ sunamilər zamanı Yaponiyada insan itkisinin sayının azalmasına baxın, məlumatlarla tanış olun müqaisə edin, böyük inkişaf görəcəksiniz. Yaponların zəlzələyə qarşı apardığı mübarizə tədbirləri, elmi yeniliklər tez-tez baş verən zəlzələ nəticəsində insan faciəsinin azalması dinamikasıyla ilə tanış oluruq. Gəlin, zəlzələlərdə onminlərlə insan qurban vermiş indi davam edən qardaş, doğma Türkiyədə, eləcədə Türkmənistanda, Azərbaycanda cümlə Türk-İslam aləmində yapon xalqının əldə etdiyi elmi praktiki təcrübəni öyrənib niyə tətbiq etmirik, bəlkə bacarmırıq, bəlkə istəmirik?! Hesab edirəm ki, bu da savadsızlığın biganəliyin acı məhsuludur.

Çünki, başımız dünyada heç kəsin özü ilə o biri dün-yaya aparması mümkün olmayan DÜNYA MALInın əsirinə çevrilmişik, nəfs düş-künlərini çoxdan ötmü-şük!..

İnsan kimi bütün dünyasını dəyişənlərimizi torpağa tapşırdığımız zaman onlara 5 metr kəfən qismət olduğunu görə-görə, sanki dədə-babamızın apara bilmədiyi sərvət var-dövlət bütün həyatımızı zəbt edir Allahın bağışlanmaq üçün bəxş etdiyi həyatı zay edirik!

Təəssüf ki, cahillikdə cəhalətdə  məhv olduğumuzu dərk edə bilmirik, şeytani hisslərin təsiri altında Allahın verdiyi ömrü boşuna xərclə-yirik! Əcdadımız Adəm Həvvanı cənnətdən çıxarmaq şeytana aldandıqları üçün 6 gün ərzində ALLAHın yaratdığı fani dünyada - cəza evində müvəqqəti yaşamağın fəlsəfəsini düz dərk etmirik. Əsrlər, qərinələr ötür, dəyişir, amma insanlar dünyasını dəyişsə , dünyaya gələn yeni nəsillər, doğulan körpələr özündən əvvəlki nəsildən miras qalmış cahil həyat tərzini dəyişə bilmir, öz əcdadının yanlış həyatını yaşamağa məcbur olur...

Türk-İslam coğrafiyasına nəzər salanda Azərbaycan insanının yaşadığı ağır həyat tərzi diqqət cəlb edir. Dini, dili, mədəniyyəti digər adət-ənənələri son 2 əsrdə daim rusların təzyiqilə deformasiyaya uğramış Azərbaycan türk milləti hazırda müstəqil dövlətə malik olsa da, hələ müstəqilliyin barını, bəhrəsini dada bilmir. Çünki düşmən millətimizin normal yaşamaq imkanını bu ya digər formada əlindən alıb.

Millətimizin düşdüyü hala baxın, 30 ildir dünyada sayı vur-tut 10 milyona yaxın olan dünya ölkələrinə səpələnmiş ermənilər Ermənistanda yaşayan 2,5 milyon erməninin hesabına 10 milyonluq Azərbaycana qarşı müharibə aparır. Hətta Qarabağda yaşayan 20-30 min nəfər erməniyə müstəqillik tələb edir. Amma Azərbaycan türkləri dünyada 50-60 milyondan çox olsa da, İranda molla rejiminin istismarı, diskriminasiyası altında yaşayan 40 milyon insanın dilini, mədəniyyətinin, azadlığını təmin etməyə gücü çatmlr, niyə?!

Çünki xristianların əli ilə eybəcər formada fəaliyyət göstərən dini təriqətlər Azərbaycan türklərinin milli birliyinin yaranmasına imkan vermir. On milyonluq Azərbaycan müstəqillik qazansa da, hələ dünyada yaşayan Azərbaycanlıları birləşdirməyə gücü yetmir. Düşmənlərin ölkəmizdə qurduğu örgütlər dövlətimizin güclənməsinə imkan vermir. Hazırda ölkəmizi dörd tərəfdən əhatə edən dövlətlərin heç biri ölkəmizə dost deyil. Məqam düşən kimi düşmənçilik nümayiş etdirirlər.

İranda səfirliyimizə edilən silahlı basqın qatı düşmənçiliyin bariz nümayişidir bu terror hadisəsi bizə edilən növbəti xəbərdarlıqdır. Düş-mənimiz çoxdur, gəlin, müs-təqil dövlətimizi qorumaq gücləndirmək üçün bütün sahələrdə birlik nümayiş etdirək. Milli birliyin qələbənin təminatçısı olduğu çoxdan təsdiq olunub...

 

0.021522045135498