Mediya subyektlərini reyester bəhanəsilə prezident və dövlətin üzərinə kim qaldırır? - VİDEO

Mediya subyektlərini reyester bəhanəsilə prezident və dövlətin üzərinə kim qaldırır? - VİDEO
 

Bu gün Repressiya və İşgəncələr Əleyhinə Komitənin ofisində Müstəqil media rəhbərləri dəyərimi masa arxasında toplantı keçiriblər. "Azərbaycan Reallığı" xəbər verir ki, Toplantıda çıxış edən jurnalistlər media haqqında qəbul olunmuş qanunu legitim saymayaraq, qanunun fəaliyyətinin dayandırılmasını tələb ediblər.

"Paralel.az" xəbər verir ki, konfransa moderatorluq edən Gündəm Xəbər qəzetinin baş redaktoru Şirin Cəfərli bildirib ki, Media İnkişaf Agentiliyi son vaxtlar jurnalistlərdən reyster tələb edilməsi ədalətsiz qərardır.

Bu müstəqil medianın boğulması deməkdir. Daha sonra "Paralel" qəzetinin baş redaktoru Tapdıb Abbas çıxış edib. O da son vaxtlar sözügedən qurumun bəzi tələblərini ölkə başçsı ilə medianı üz-üzə qoymaqdan başqa bir iş olmadığın bildirib.

Tədbirdə bir sıra tanınmış jurnalistlər Əziz Orucov, Mübariz Məsimoğlu, Məhəmməd Ərsoy, Mirismayıl Xələfli, İlqar Salmanov, Rövşən Qasımov, Razi Abbasbəyli və digərləri çıxış edib, onlar Meda İnkşaf Agentiliyinin icraçı direktoru Əhməd İsmayılovun "siz Media İnkişaf Agentiliyinin rester xidmətində yoxsuzsa demək mediada da yoxsuz" sözünə sərt reaksiya veriblər.

Müstəqil jurnalistlər Əhməd İsmayılovun özünün mediadan xəbəri olmadığını, onunla görüş zamanı gülməkdən başqa bir işə yaramadığını bildiriblər.

Daha sonra Tədbirin sonunda Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevə müraciətin hazırlanması və toplantıların davamlı keçirilməsi qərara alındı.

Daha çox videodan izlə

0.015935897827148