"Reketçilik etsəydik, sizin kimi restoranlarda hoqqalardan çıxardıq" - Əhməd İsmayılova sərt sözlər

 

Haqqın saqqalını nahaqqın əlinə verməyən bir qrup Jurnalist həmkarımızla birlikdə Əhməd İsmayılovun azad mətbuatın başına ip salıb Əli Həsənov kimi sürümək istəyinin qarşısına çıxdıq, fikrimizi yerli və beynəlxalq qanunlara uyğun şəkildə söylədik.

Siçovul kimi dövlətin büdcəsini çapıb talayan köhnə Əli Həsənov, təzə Əhməd ismayılovuçlar yenə də bizim üstümüzə xoruzlandılar. Bizi reketçilikdə, ucuz kafelərdə baş girləməkdə və sair məsələlərdə günahlandırmaq istədilər.

Özləri əsl reket olduqları halda, öz adlarını bizə qoymaq fikrinə düşdülər. Ucuz kafelərdə soğan-çörək yeməyimizi başımıza qaxanc etdilər. Ta bilmədilər ki, onlar kimi reketçilik etsəydik, bahalı restoranlarda katibələrimizlə min cür hoqqalardan çıxardıq biz də.

Hardandı bunlarda bu imkan? Gördükləri iş ortada, aldıqları maaş da bəlli. Deməli, bunlar həm dövlətin ayırdığı paranı basıb yeyirlər, həm də reketçilik edib pul qazanırlar. Bunların dəbdəbəli həyat tərzinə baxsaq, dediklərimiz lap aydın olar.

Guya, bunlar dövləti, vətəni, milləti, sözü bizdən çox sevirlər. Bunlar ayırdığı pula görə, prezidentə yaltaqlanmaqla dövlət, vətən, millət, söz sevgisini səhv salırlar. Və bunlar prezidentə yaltaqlanmaqla öz mənfur əməllərinin ömrünü uzatmaq istəyirlər.

Allaha and olsun ki, bunların prezdent sevgisi də boğazdan yuxarıdı. Əli Həsənova olan sevgiləri kimi.

Dövlətin mətbuata ayırdığı pulları vaxtı ilə "Paritet", "Palitira", "Futbol" və. sairə kimi dəyəri bir köpük olmayan mətbu orqanların çap edilməsinə və oradan atqat şəkildə silinib ciblərə qoyulmasına; sözdən xəbəri olmayan katibə, çoban qohum-qardaş kimi jurnalist adı altında siyahiya soxuşdurulan adamlara müftə evlərin verilməsinə və buradan bal tutan barmaq yalayar fəlsəfəsilə bu siçovulların bəslənməsinə sərf edirdi

Kim idi o siyahıları tutanlar? Bir- ikisi içəridədir. Yerdə qalanlar yenə mətbatın başında deyillərmi? Bizim üstümüzə gələnlər də həmin zadların ta kəndisidir. İndi hara xərclənir dövlətin mətbuata ayırdığı pullar?! Kimlərin əlilə mənimsilənir. Oyun həmin oyun, oyunçular həmin oyunçular deyilmi? Yetməzmi bu rəzalət?

Mübariz Məsimoğlu
Dorduncudalga.az saytının baş redaktoru

0.015321016311646