Qədim oğuzların "canavar""ərkəsöyün" sözlərinin izahı

Qədim oğuzların
 

 

Həsən Əlieyev:
Günümüzə gəlib çıxan ən qədim sözlər Qədim Oğuz xalqının tarixinin özülüdür.Qədim dövlətçilik tarixi hər bir xalqın nəsillərə ötürdüyü mifologiyalarının daxilində gizli bir sirr kimi qalmaqdadır.Əslində bu mifologiyaların açılmaması bu terminin həqiqət yox, bir “mif” kimi qəbul olmasını formalaşdırmışdır.Bəzən siyasətdə işlənən “ mifi qırmaq” ifadəsi bu məntiqdən irəli gəlmişdir.Mifologiya, müasir insanın bugünkü dünyanı dərki çərçivəsindən çox uzaqdadır.Ancaq maraqlıdır ki, bu mifoloji məlumatlar əcdadlarımız tərəfindən qorunmuş və günümüzə qədər gəlib çıxmışdır.Əslində mifologiya əfsanə olsa da, onun dərinliyində həmin xalqların ibtidai cəmiyyətdə əcdadlarının dünyagörüşlərinin təsəvvürləri təsvirlənmişdir.

Qədim türklərin göydəki Tanrıları ilə yanaşı yerdə də, onların tanrı inancları olmuşdur.Onlar tanrı inanclarını tanıdıqları ən güclü heyvanları, quşları, hətta nəhəng ağacları belə inanc kimi kultlaşdırırdılar.Qədim türklərin qədim məskənlərində ən güclü sayılan heyvanları qurd olmuşdur.Qədim türklər qurdu “ata” inancı kimi qəbul etmişdilər.İnsanın törənişi təsəvvürü ilə bağlı olaraq keykləri də (maralları) özlərinə “ ana” inancı kimi qəbul etmişdilər.Qədim türk dövlət qurucularından sayılan Çingiz Xanın atasının qurd, anasının isə keyk olması türk mifologiyasında öz əksini tapmışdır.

Əgər biz Çingiz Xanın adına diqqət yetirsək, hər iki inancın adını burada görərik.”Çingiz” sözünün 1-ci hecası “çin” sözünə baxaq.Qədim monqollar qurda “çina, çinu” deyirdilər.Müasir monqol dilində də qurda bu gün “çono” deyilir.Sözün 2-ci hecasında “giz” sözü isə “ana” inancı olan “keyk” sözünün qısa “ke” forması və “z” cəm şəkilçisidir. “Giz”sözü assimlatik formaya düşmüşdür.”Çingiz” sözü bütövlükdə “çina” və “keyk” sözlərindən yaranmadır.Əgər biz “çin” sözünə dərindən diqqət versək sözün ilkin variantı qədim türklərin “gün” inancının adından qaynaqlandığını görərik.Çin dövlətinin adı da “günəş” inancından yaranmadır.

Qədimdən dilimizdə işlənən “çin” sözü teopsixolinqvistika əsasında “doğru, düz” semantikasını daşıyır.Ən qədim türklər də inanclarına tanrılarının adını verirdilər.Məhz türklərin “qurd” inancı da onların ən qədim günəş tanrısı “qa”nın (qor, qut və s.) adından yaranmadır.Latın dilli xalqlarda “qurd”a “wolf” deyirlər.Bu söz də onlara Qədim Misirlilərin fironizmindən dalğa nəzəriyyəsi əsasında “firr-günəş” sözündən keçmədir.(f-v ;r-l keçidi) Çin” sözü türklərin “gün, hun, qan, xan və s.) sözünün şivə formasıdır.(müəllif)

Qədim türklər “qurd” inancına onun rənginə görə “boz” da deyirdilər.”Boz” sözünü “qurd” kimi semantikləşdirirdilər.Monqol dilində boz rəngə “böri” deyilir.Bu gün bir çox türkdilli xalqlarda da “qurd”a “böri, böre” deyirlər.Ta qədimdən türklərdə “boz qurd” sözü işlənməkdədir.Monqollar isə “boz qurd” sözünü “börte-çinu” və ya “çinu-börte” kimi ifadə etmişdilər.

Bu gün dilimizdə işlənən “canavar” sözünü çox vaxt mənası tam anlaşılmayan fars mənşəli söz kimi qəbul edirlər.Farslar özləri “canavar”a “gürg” deyirlər.Bu fikir düz deyildir.

”Canavar” sözünün birinci hissəsi “cana” – “çina” sözündən olub, “qurd” deməkdir.Sözün 2-ci hecası “var” sözü “börü”sözünün assimlatik formasıdır.Türk dillərində “b-v” hərflərinin mümkün səs keçididir.”Canavar” sözü qədim türklərin işlətdiyi “boz qurd” sözünün monqol dilindən alınma alternatividir.Çox yəqin ki, “canavar” sözü monqol istilasından dilimizə keçən sözlərdəndir.

Mövzunun 2-ci “ərkəsöyün” sözü qədim türklərin dövlət quruculuğu tarixi ilə bağlı hakimiyyət varisliyini əks etdirən bir sözdür.Ta qədimdə türklərin tayfa başçıları öz varisliklərini evin böyük oğluna verirdilər.Sonradan bu varislik prinsipi psixoloji cəhətdən dəyişildi.Onlar varisliyin daha uzunömürlü olması nöqteyi-nəzərindən varisliyi evin ən kiçik oğluna verməyi üstün tutdular.Evin həmin kiçik oğlan uşağı “erkək soy” adlanırdı.Məhz “ərkəsöyün” sözü bu sözdən yaranmadır.Eyni zamanda “ərkəsöyün” sözü bu gün də öz semantikasını qorumaqdadır.Evin kiçik oğlu valideynləri ilə bir yerdə yaşayırlar.Hətta bu gün bunu qanunlaşdıran dövlət qurumları da vardır.Mənzil bölgüsündə evin kiçik oğul evli olsa da belə, onu ayrı yox, valideynləri ilə birgə mənzildə yerləşdirirlər.Təki bütün qədim adət-ənələrimiz belə qoruna bilərdi...

P.S. Məqalə mifologiya ilə sıx bağlı olsa da, dilimizdə işlənən sözlərin mənalarının tapılması əhəmiyyətini məqsədə uyğun hesab etdim.Bu sözləri tapmaq nə qədər çətin olsa da, bir o qədər də maraqlıdır.Sanki, həyatın fəlsəfəsi kimi.Elə həyatın özü də maraqlı olmasa maraqsız həyat olar.Mifologiyaya ekskursiyanın özü də maraqlıdır.Bəzi oxucular mənə yazırlar ki, yazdıqlarım “maraqlı”dır.Bu “qeyri səlis” olsa belə, reallığa yaxındır.Reallığın özü də maraqlı olmalıdır.

Paralel.az

0.017779111862183