TƏBRİZ

TƏBRİZ
 

Ailəmiz vətənim Təbrizi tərk edəndə, mən körpə olmuşam. Ayağım Vətən torpağına dəyməyib. “Mən səndən ayrılmazdım, zor ilə ayırdılar...”

TƏBRİZ

Anam Sənin, mən anamın qucağında doğuldum!..
Mən Anamın,
Sənsə mənim gözlərimdə dağ oldun!
Ürəyimdə dağ oldun,
Ay Vətən!
Bayisin evi yıxılsın,
Sönsün çırağı!..
Sən mənə ürək dağı!
Mənsə, Sənə göz dağı!..
*****
Gəl baislə vuruşaq!
Qovuşaq!
Həsrəti yandıraq bəd ruh kimi!..
Lüğətimizdən silək!
Dağ üstünə dağ gələk! –
Savalan üstünə qoyaq Şahdağın! –
Everestdən uca olaq!
Ucalaq!
Hamımız bir can, bir bədən!
Ay Vətən!

Hüseyn MİRTƏQƏVİ

0.10396003723145