Nə yaxşı yuxuma gəlmişdin...
Atəşlər icində qıvrıla-qıvrıla yanarkən o gecə,
Nə yaxşı yuxuma gəlmişdin gizlicə,
Baxırdın bəmbəyaz buludlar üstündən,
Səssizcə...
Dedim, gəl danışaq bız bir az,
Gözünü qaçırdın...
Yalvardım-yaxardım, dur bir az!
Dur bir az, gəl sənlə qoy səndən danışaq,
Yoxluğunda kecən hər gündən danışaq.
Dəli caylar kimi çağlayaq-çağlayaq ,
...Və daşaq,
Könül dərgahına çıxaraq qovuşaq.
Qovuşsun, kədərdən buz tutmuş, yorgun baxışımız,
Gecənin qoynuna axsın göz yaşımız ...
Gözlərin anlatsın qəlbimə sözünü,
Vüsal ayrılığın yolsun baş-gözünü...
Təbəssüm edərək üzünü çevirdin,
Səslədim..nə dindin , nə də cavab verdin,
Bəm- bəyaz buluda qarşdın, gözdən itdin.
Sən daglar qoynunda açan xoş cicəkdin,
Getmə qal...
Sevilən hər qəlbdə döyünən ürəkdin,
Getmə qal...
İstədim, dəli bir külək tək bağırım,
Gurlayım əsim,
İstədim,o qızıl saçını dağıdım,
Yolunu kəsim,
İstədim,yagış tək aramla üzündən,
Süzülüm axım,
Təki bircə anlıq o gözəl, o məsum
Üzünə baxım...
Dinmədin,səssizcə üzümə baxmadan,
Ayrıldın yanımdan.
Tufanlar sovurdu, buludlar qopardı,
Canımı, canımdan...
Nə yaxşı yuxuma gəlmişdin o gecə,
Nə yaxşı, buludlar üstündən üzümə baxırdın gizlicə...
Müəllif: SEVİNC
"Paralel.az"