"Bermud üçbucağına" düşən təhsilimiz - dos. İlham Əhmədov
Təhsil problemlərilə bağlı dos. İlham Əhmədovla müsahibəni "Paralel.az" təqdim edir.
Sual: İlham müəllim, təhsil problemlərı barədə nə düşünürsünüz?
Cavab: Təbii, təhsil hər bir ailənin daim diqqət mərkəzindədir. Bu sahədə isə problemlər azalmaq bilmir, əksinə artır. Mətbuatda, sosial şəbəkələrdə kifayət qədər bu haqda tənqidi yazılar gedib, biz də hərdən bu barədə yazırıq. Bir məqalədə təhsildə olan çoxsaylı problemlərə toxunmaq mümkün deyil, zaman-zaman bu problemlər və həlli yolları barədə yazmışıq. İndi bəzi məqamları qeyd etmək istərdik.
Biz mürəkkəb bir regionda yaşayırıq. Bundan əlavə, yaşadığımız zaman da mürəkkəbdir. İndiki və gələcəkdə ehtimal edilən qlobal təlatümləri dövlət və xalq olaraq itkisiz ötüşməyimiz üçün bizim güclü resurslarımız, ilk növbədə isə yüksək səviyyəli elm və təhsilimiz olmalıdır.
Keçən ilin ortalarınıda bu sahələrin inkişafı məqsədi ilə "Elm və Təhsil Nazirliyi" yaradıldı, AMEA-nın strukturu ləğv edildi, əksər institutlar ETN-ə birləşdirildi. Məqsəd elm və təhsilin inteqrasiyası, buyolla tənəzzüldə olan elm və təhsili inkişaf etdirməkidi.
Elm və təhsilin inteqrasiyası mürəkkəb və uzunmüddətli prosesdir. Bunun uğurlu olması üçün prosesə strateji baxış, konseptual yanaşma olmalı, isə strateji təfəkkürə, elm-təhsilin təşkili və idarəedilməsi sahəsində müasir biliklərə, zəngin təcrübəyə sahib olması vacibdir. Bu günə qədər ölkənin təhsil sistemində belə Meqalayihə olmayıb.
Elm və təhsilimizin, iqtisadiyyatımızın, dolayısı ilə ölkənin gələcəyi bu meqalayihənin uğurundan daha çox asılıdr. Müvafiq Strateji planların hazırlanması və səmərəli reallaşması üçün hər iki sahənin incəliklərini bilən elm və təhsil mütəxəssisləri proseslərə səfərbər edilməlidir.
Son 30 ildə reallaşan təhsil islahatlarının uğursuzluğunun əsas səbəbi elmi və strateji yanaşmanın, peşəkarlığın zəif olması idisə, son illər isə diletantlığın açıq-aşkar hiss edilməsidir.
Təhsilimizin vəziyyətini belə bir bənzətmə ilə təsvir etmək olar: Böyük yelkənli gəmi səyahətə çıxır. Gəmi sahildən uzaqlaşandan sonra sərnişinlərə məlum olurki, gəminin şəxsi heyətində müxtəlif peşə sahibləri var, amma onların arasında bir nəfər də olsun gəmiçilik sənətini bilən, dənizçilik təcrübəsi olan adam yoxdur. Gəmini səmt küləyi aparır, amma hara? Hara gedəcəyini bilməyən gəmiyə heç bir külək səmt küləyi deyil. Sərnişinlər narahat olmağa başlayırlar. Bu günbizim təhsil belə gəminin vəziyyətində, şagird, tələbəvə müəllimlərimiz isə gəminin sərnişinləri vəziyyətindədir (2 milyondan çox insan). Bu gəminin hansısa limana nə vaxtsa, salamat yan alma ehtimalı çox azdır. Belə şəxsi heyətin idarə etməsində gəmi(təhsil) yalnız Bermud üçbucağına yön ala bilər.
Prezidentin müvafiq fərmanından 6 ay keçdi. ETN-nin fəaliyyətində hələ ki, dəyişiklik və inkişaf hiss edilmir.
Sual: Bu yaxınlarda dünya Universitetlərinin illik qlobal reytinq cədvəli təqdim olundu. Təəssüf ki, bu dəfə də universitetlərimiz yüksək yerlər tuta bilməyib. Bu haqda nə deyə bilərsiniz?
Cavab: Reytinq sıralaması ali təhsil sahəsindəvəziyyətin qlobal monitorinqinə, o cümlədən ölkələr üzrə universitetlərinin təbliğinə, ali təhsil xidmətlərinin ixracına xidmət edir. Hər dəfə dünyaUniversitetlərinin illik qlobal reytinq cədvəli təqdim ediləndə, universitetlərimizin zəif nəticələrini görürük. Biz artıq buna bir növ öyrəncəli olmuşuq. Bu vəziyyət aidiyyati qurumlarda narahatlıq yaratmaq əvəzinə, heç əhvalı da pozmur, ölkədə adi hal kimi qarşılanır. 20 il belə gördük bu monitorinqin nəticələrini və TN-nin buna olan reaksiyanı.
Sonuncu təqdim edilən reytinq sıralaması universitetlərin veb saytlarının təhlili əsasında aparılıb. Webometrics.info süni intelekt proqramı 2022-ci ilin nəticələrinə görə, dünyanın 30 mindən çoxuniversitetlərinin reytinq cədvəlini öz saytında dərcedib. Bu yaxınlarda prof. Saleh Məmmədovun bu mövzuda geniş analitik məqaləsi dərc edilmişdi ( “Dünya universitetlərin reytinqi - İlk yüzlük, minlik o yana, ilk üçminlikdə də deyilik”).
Ümumən başqa reytinq cədvəlləri də var, ən nüfuzlusu və ilki 2003-cü ildən tərtib edilən “Tayms” qəzetinin əlavəsi olan "Ali təhsil" jurnalının reallaşdırdığı reytinq sıralamasıdır. 2008-ci ildə biz bu mövzuda tədqiqatlar aparmışdıq. Onda dünyada 20 min universitet vardı. İlk 1000-likdə təbii ki, bizim universitetlər yox idi. Belə bir sual yaranır: reytinq sıralaması nə qədər uzadılmalıdır ki, heç olmasa, bizim bir universitetimiz orda təmsil olunsun? Tədqiqat nəticəsində təxmini olaraq müəyyən etdik ki, bu reytinq sıralaması 10 min universiteti əhatə etsə belə, yenə orda bizə yer olmayacaq. Yerimiz bu sıralanmanın ikinci eşalonunda, geridə qalan ölkələrin zəif universitetlərinin sırasındadır. 2008-ci ildə bu tədqiqat əsasında geniş məqalə hazırladıq, bir neçəyerli, xarici sayt və jurnallarda rus, ingilis dillərində nəşr etdirdik. Sonrakı illərdə də bu mövzuda xeyli məqalələr yazmışdıq. Amma TN bu durumdan deyəsən heç narahat deyil.
2008-ci ildə Bakıda ADPU və Hacəttəpə Universitetlərinin birgə təşkil etdikləri beynəlxalq konfransın plenar iclasında bu barədə məruzə etdik. Təəccüblü bu idi ki, bu konfransda iştirak edən bizim Təhsil Nazirliyinin məsul əməkdaşları universitetlərin belə bir reytinq sıralamasının olması haqqında məlumatsız idilər. İlk dəfə idi ki, bunu eşidirdilər. Belə vəziyyətdə qlobal reytinqlərdə bizim nə mövqemiz ola bilərdi?
O vaxtdan 15 il keçib. TN bu müddət ərzində vəziyyətin yaxşılığa doğru dəyişməsi üçün heç bir ciddi iş görmədi. Çünki, TN son 30 ildə əsasən Maarif Nazirliyi formatında işləyib, əsas diqqət məktəblərə yönəlib, amma o da nəticəsiz olub. Bu illərərzində universitetlərə diqqət verilməyib, ehtiyacdan dəfələrlə az investisiya ayrılıb. Digər tərəfdən nə onda, nə də indi TN heç vaxt mütəxəssislərin həyəcan siqnallarına, problemlərin həlli üçün irəli sürülən təkliflərə məhəl qoymayıb.
Əslində ETN ATM-nə, peşəkar layihə təşəbbüs qruplarına hər il qrantlar verilməlidir: çox sayda, iri həcmdə, şəffaf prosedurlarla, aktual problemlərin həllinə yönəli, obyektiv qiymətləndirərək, nəticə yönlü. Hələlik ETN az sayda, az həcmdə, qeyri şəffaf, əsasən dost-tanışa, real nəticəsi olmayan, əhəmiyyətsiz mövzulara qrantlar verir. Maraqlıdır, 3 qat artırılmış təhsil büdcəsi təhsil menecerlərinə kifayət etmir ki, hələ az büdcəli təhsil qrantlarını da istədikləri kimi paylayırlar? Belə təhsil “strategiyası” iynə ilə gör eşməyə bənzəyir. Belə gedişlə biz ən yaxşı halda 10 ildən sonra Monqolstan, Özbəkstan, Qırğızstan universitetlərinə çata bilərik.
Nəzərə alaq ki, dünya universitetlərindən real geriliyimiz bu gün 20-30 ildir, bu templə geriliyimiz ilbəil daha da artacaq. Yaxın gələcəkdə ETN-nin nəznində "Elm və ali təhsil" agentliyi fəaliyyətə başlayacaq. Ümid edirik ki, bu məsələlərə yanaşmada yeni agentlik peşəkarlıq vəvətənpərvərlik nümayiş etdirəcək.
Sual: Elm və təhsilin inteqrasiyası zamanın tələbidir. Elmin gələcəyi daha çox istedadlı gənclərin bu sahəyə yönləndirilməsini tələb edir. Gəncləri təhsil illərindən tədqiqatlara həvəsləndirmək, sadə layihələrə cəlb etmək gərəkdir. Amma gənclərimizin elmə həvəsi ilbəil azalır. Görünür gənclər arasında elmin populyarlaşmasına, təbliğinə ehtiyac var. Bu haqda nə deyə bilərsiniz?
Cavab: Bəli. Belə problemlər var. Gənclərdə nəinki universitet illərindən, hətta məktəb illərindən başlayaraq elmə maraq yaratmaq lazımdır. Elm dövlətüçün zəruri, gənclər üçün isə şərəfli və perspektivlisahə olmalıdır. Çalışmaq lazımdır, müəyyən tədbirlərlə gənclərin elmə gəlişi stimullaşdırılsın. Onlara izah edilsin ki, elm, təhsil və innovasiyalar - bilik, savad, müasirlik gənclik üçün gələcəyə açılan vacib portaldır. Amma alimlərin sosial durumunun çox zəif olması bu sahəyə gənclərin gəlişini əngəlləyir.
Uiversitetlərdə “Elmin populyarlaşdırılması mərkəzi”ləri yaradılmalıdır. Ökəmizdə 40 il əvvəl elmin təbliği məqsədi ilə "Bilik cəmiyyəti" var idi. Yaxşı da fəaliyyət göstərirdi. Müstəqillik illərində ona lazımi diqqət yetirilmədiyindən, fəaliyyəti zəiflədi, sonra da bağlandı.
İndi "Bilik cəmiyyəti"nin fəaliyyətini yeni formatda bərpa etmək lazımdır. Belə mərkəzlər çox yaradılmalıdır, universitetlərin və AMEA-nın nəznində. O cümlədən ölkə üzrə daha geniş miqyasda fəaliyyət göstərə biləcək “Respublika Bilik Cəmiyyəti” yaradılmalıdır. Amma bu dəfə 40 il əvvəlkindən fərqli şəkildə, bu mərkəzlər "Virtual Bilik cəmiyyəti" formatında fəaliyyət göstərməlidir. Biliklər cəmiyyətində, rəqəmsallaşma dövründə biliklərin yayılması, elmin təbliği internet üzərindən, distant təhsil formatında həyata keçirilməlidir.
UNEC-də bu yaxınlarda “Elmin populyarlaşdırılması mərkəzi” yaradıldı. Onlar bu mərkəzin işini “”elmin virtual populyarlaşdırılması mərkəzinə çevirə bilərlər. Orada müvafiq təcrübə və texniki baza var. Yeni açılan bu mərkəzin səmərəli işləyəcəyinə və digər yeni açılacaq mərkəzlərə model rolunu oynayacağına ümid edirəm.
TN-nin son 20 ildə çox səhvləri olub, ən böyük səhvi isə ölkədə distant təhsil sisteminin yaradılmasındakı fəaliyyətsizliyi, təşəbbüslərə biganəliyi, bəzən də maneçilik etməsi olub. Bunun acısını pandemiya dövründə çox aydın hiss etdik. Pandemiya artıq bitdi, distant təhsilə ETN tərəfindən qoyulan embarqo isə bitmədi. Distant təhsilin, hətta postpandemiya dövründə də yaradılmaması heç cür başa düşülən deyil. Biz hələ uzun müddət də bu sahədəki geriliyimiz hiss ediləcək.
Şahnaz Salehqızı