Göygöldə qazlaşma işləri yerində yoxlanılıb, bir qrup Birlik əməkdaşı təltif olunub - VİDEO

Göygöldə qazlaşma işləri yerində yoxlanılıb, bir qrup Birlik əməkdaşı təltif olunub - VİDEO
 


Bölgələrdə həyata keçirilən qazlaşdırılma işlərinin yerində yoxlanılması və əməkdaşların iş şəraiti ilə tanışlıq prosesi davam edir.
 
"Paralel.az" xəbər verir ki, bu məqsədlə baş direktorun müavini Ceyhun Şıxəliyev ilk olaraq Göygöl rayonunun Quşqara kəndində olub. Qurum rəsmisinə görülən işlərlə bağlı ətraflı məlumat verilib.
 
Daha sonra ərazidə çalışan bir qrup Birlik əməkdaşı Fəxri Fərman və hədiyyə ilə təltif olunub.

Quşqara kəndindən sonra növbəti səfər rayonun ucqar ərazidə yerləşən Gəncəkənd kəndinə olub. Qazlaşdırılma prosesinin böyük bir qisminin icra olunduğu və qısa müddət ərzində işlərin yekunlaşacağı ilə bağlı məlumat verilib.
 
İşlərlə tanışlıqdan sonra qurum rəsmisi bir qrup əməkdaşı Fəxri Fərman və hədiyyə ilə mükafatlandırıb, bu cür çətin relyef şəraitində çalışan əməkdaşlara təşəkkür edərək onlara işlərində uğurlar arzulayıb.
 
Ətraflı video materialda https://youtu.be/bWs8YIzzH4I
0.016355037689209