Səfirliyimizə hücumun müəmmalı gizlinləri...

Səfirliyimizə hücumun müəmmalı gizlinləri...
 

Cəmiyyətdən gizlədilən detallar kimin xeyirinə işləyir?

Bugünlərdə Azərbaycan İran mediasının gündəmini 27 yanvar tarixində, səhər saatlarında ölkəmizin İrandakı səfirliyinə qarşı  edilən terror hücumu barədə məlumatlar zəbt edib. Azərbaycan mediası bunu terror aktı, İran KİV-ləri isə ailə zəminində törədilmiş cinayət adlandırır. Əslində isə hadisənin müəmmalarla dolu olduğunu görmək üçün heç peşəkarlığa da ehtiyac yoxdur..

Əvvəla ondan başlayaq ki, hadisə hqqında verilən məlumatlarda yayılan video-çarxlarda kifayət qədər uyğunsuzlular anlaşılmazlılar var. Uyğunsuzluqlar həm Azərbaycan hökumətinin, həm İran hökumətinin yaydığı informasiyalarda öz əksini tapır. Birinci uyğunsuzluğu Tehranın polis rəyisi, briqada generalı Sərdar Hüseyn Rəhiminin açıqlamasınd müşahidə etdik. Onun sözlərinə görə, hücum edən şəxs iki azyaşlı uşağı ilə birlikdə səfirliyə daxil olub. Polis rəisinin fikrincə, istintaqın ilkin versiyasına görə, hadisə şəxsi motivlidir həmin şəxsin ailə problemləri var. Azərbaycan səfirliyinin yaydığı kadrlarda yalnız bir nəfər terrorçü görünür. Lakin polis rəisinin qeyd etdiyi, hücumçunun iki azyaşlı övladi kadrlarda görünmür. Bu yerdə onu da vurğulamaq yerinə düşər ki, Azərbaycan səfirliyinin yaydığı video-çarx da orjinal deyil. Məsələn, 08.32- terrorçu səfirliyə daxil olur, 08.36-da o, səfirlikdən çıxarılır 08.37- terrorçü yenidən səfirliyə daxil olmağa cəhd göstərir. Video-çarx bu yerdə kəsilir vaxt 08.50-dən başlayır. Həmin vaxt terrorçü Yasin Hüseyinzdə artıq maşının səfirlik mşınından kənarlaşdırmış şəkildə görünür o, səfirlik maşınını yandırmaqla məsğul olur. Arada kəsilən 13 dəqiqə ərzində nələrin baş verdiyi kadırlarda görünmür. Verilən məlumata görə Yaşın Hüseyinzdə yenidən səfirliyə daxil olub, onu ikinci dəfə səfirliyin mühafizə xidməti bayıra atıb. Yalnız bundan sonra terrorçu səfirlik maşınını yandırmaq qərarına gəlir. Bununla yanaşı, kadırlarda ani olaraq görünür ki, hücumçu tək deyil, onun köməkciləri var. Lakin İran tərəfi, Azərbaycan tərəfi bu barədə heç demir.

Xüsusi maraq kəsb edən detallardan biri Azərbaycan səfirliyinin mühafizəçisi, terrorçunu tutub bayıra atdığı kadırlarda əks olunan, ağköynek əməkdaş da Yasin Hüseyinzadənin bir nəfər ailə üzvü ilə birlikdə olduğunu deyir. Lakin Azərbaycan səfirliyinin yaydıği kadırların heç birində terrorçünün ailə üzvü görünmür. Fikrimizcə, səfirlik kameralarından götrülən bütün görüntülər kəsilmədən ictimaiyyətə təqdim edilməli buna uyğun da açıqlamalar verilməli, araşdırmlar aparılmalıdır.

Kadrlarda diqqət çəkən bir məqam da, səfirliyi mühafizə etməli olan Tehranın polis nəfərinin hərəkətlərdir. Polis nəfəri baş verənlərı müşahidə edir kiməsə zəng edərək danışır. Bundan sonra isə ümumiyyətlə, ərazini tərk edir. Bakıda istənilən səfirliyə, o cümlədən İran İslam Respublikasının səfirliyinə yaxınlaşarkən birinci adamı silahlı Azərbaycan polisi qarşılayır. İran polisi ən azı terrorçunu üzərindəki yüngül silahla zərərsizləşdirə bilərdi. Amma kadrlardan belə görünür ki, polis bu fikrə düşmür, heç terrorçu da polisi zərərsizləşdirmək barədə düşünmür. Sanki terrorçu əvvəlcədən bilirmiş ki, Tehranın polis nəfəri ona mane olmayacaq. Əks halda terrorçu səfirlik mühafizəsini yarmaq üçün birinci növbədə polisi zərərsizləşdirməli idi. Bu da çox şübhəli məqamlardan biridir. Hələ o da dəqiqləşdirilməlidir ki, həmin gün mühafizə xidmətinə çıxan polis nəfəri silahlı olub, yoxsa yox. Bəlkə mühfizə polisi silahsız olub. Çünki polis silaha əl atmalı olduğu halda, telefonla kiməsə zəng edir. Bu məsələlərə İran polisi İran hökuməti cavab verməlidir.

Bir məqamı da diqqətə çatdırmaq istərdik ki, Yasın Hüseynzadə həbs ediləndən dərhal sonra İranın "Səhər" televiziyasına "müsahibə" verib. Yayılan görüntülər qeyri-peşəkar çəklişdir, üstəgəl, müsahibin üzü xüsusi proqramla örtülür. Ona görə terrorçunun mimikası görünmür ki, onun azərbaycan dilində səsləndirdiyi sözləri özü dediyi ya səsin kadra montaj edildiyi hiss olunsun. Həmin görüntülərdə Yasın Hüseynzadə deyir ki, iki il əvvəl həyat yoldaşı səfirliyə muraciət edib bir daha geri qayıtmayıb. Guya o, namusunu qoruya, həyat yoldaşını səfirlikdən xilas edə bilmədiyi üçün bu hücumu edib: "Azad buraxsınlar, özü bilər, burda yaşayar, yaşayar, yaşamaz onu kimdi burda tutub saxlayan? Bu işdə azərbaycanın xüsusi xidmət orqanlarının əli var"

Qeyd edim ki, sözügedən müsahibə tam mətinlə təqdim edilmir, gah Azərbaycan, gah fars dilində eşidilən danışıq qarışıq formada təqdim edilir. Bu müsahibənin tam mətinlə təqdim edilməməsi onu göstərir ki, orada Yasın Hüseynzadə İran hökumətinin maraqlarına uyğun olmayan sözlər işlədib. Ona görə müsahibənin yalnız İran hökumətinin marağına uyğun gələn hissəsi təqdim edilib.

 Lakin Yasın Hüseynzadənin hücim zananı yanında olduğu deyilən qızı İranın "Səhər" televizyasına müshibəsində bildirir ki, anası Azərbaycan səfirliyində deyil, Azərbaycandadır. Xanım qeyd edir ki, səkkiz gün əvvəl anası Gülnar Əliyeva ilə danışıb. Buradan aydın olur ki, Yasın Hüseynzadənin arvadının Azərbaycan səfirliyində olduğunu zənn etməsi mümkün deyil. Çünki onun qızı terrorçunun həyat yoldaşı Gülnar Əliyevanın Azərbaycanda olduğunu bilirsə, deməli o, özü bu barədə məlumatlıdır.

Göründüyu kimi, bu məsələdə həm İran tərəfinin, həm Azərbaycan hökumətinin gizlətdiyi məqamlar kifayət qədərdir. Cünki Azərbaycanın İrandakı səfirliyinin kamera görüntulərini bizimkilər, Yasın Hüseynzadənin müsahibəsini isə İran hökuməti qayçılayaraq, üstündə işləyərək təqdim edir.

Bu hadisənin davamı olaraq Azərbaycan hökumətinin atdığı addımlar onu göstərir ki, İranın gizlətdiyi məqamlar daha çox əhəmiyyət kəsb edir. Adətən, səfirliklərə qarşi hücumların arxasında yerli hökumətin dayanması ehtimal edilmirsə, səfir hadisə şahidləri sorğu-sual məqsədi ilə ölkəyə geri çağrılır səfirlik müvəkkil şəxs vasitəsi ilə fəaliyyətini davam etdirir. Lakin Azərbaycan hökuməti artıq özünün İrandakı fövqaladə səlahiyyətli səfirliyini boşaltdı. Bu o deməkdir ki, artıq Azərbaycan Respublikası İran İslam Respublikasına etimad göstərmir, öz səlahiyyətli nümayəndə kərinin həyatını ona etibar etmir. Bu həm Azərbaycanla İran arasında diplomatik münasibətkərin kəsilməsini hədəfləyən perspektivi proqnozlaşdırmağa əsas verir.

Bütün bunlarla yanaşı, biz Azərbaycan rəsmilərinin İran hökumətinə qarşı kəskin ifadələrin, ittahamların səsləndirilməsinin şahidi olmuruq. Əslində səfirliyini boşaldan ölkənin rəhbərliyi bunun səbəbini açiqlamalı qarşı tərəfi buna səbəb olan əməllərinə görə tənqid edməlidir. Amma biz Azərbaycan hökumətindən "qınaq" ifadəsindən başqa heç eşitmirik. Yalnız hakimiyyət tərəfindən idarə edilən media qrumları İranı ittiham tənqid edir. Hansı ki, onlar da bizim kimi, hadisənin pərdəarxası detalları barədə tam məlumatlı deyil. Bu da yəqin ki, hadisə barədə hansısa gizlinlərdən xəbər verir.

Sonda qeyd edək ki, hər iki ölkə hökumətinin qeyri-şəffaf fəaliyyəti bütün proseslərdə olduğu kimi, bu hadisə onun ətrafında cərəyan edən olaylar da özünü çilpaq şəkildə biruzə verir.

 

0.034398078918457