Əhaliyə iylənmiş toyuqlar satılır?

Əhaliyə iylənmiş toyuqlar satılır?
 

Bu faktın arxasında dayananın kimliyi...

 Ölkədə kiçik sahibkarlıq fəaliyyətinin inkişaf etdirilməsindən çox danışılır. Bu sırada zaman-zaman nöqsanlar da eşidilir. Kiçik sahibkar Pərviz Fərəcovun şikayəti elə bu barədədir.

 P.Fərəcov qeyd edir ki, Lebrobroyler şirkətindən satmaq məqsədilə 17.500 (on yeddi min beş yüz) manatlıq qablaşdırılmış toyuq alıb. O aldığı məhsulun 9.500 (doqquz min beş yüz) manatını  Nəriman Orxan adlı şəxslərə ödəyəndən sonra qalanını da borclu qalıb: “Sonra malı açanda baxdım ki, onun hamısı iylənmiş toyuqlardır. Məhsulu geri qaytarmaq üçün dəfələrlə müraciət etsəm qəbul etmədilər. Axırda mənə dedilər ki, onları apar Lerikə, yəni fabrikin özünə. Mən xərc çəkib yükdaşıma xidmətindən yük maşını sifariş verərək, məhsulu apardım Lerikə. Orda da borclu qaldığım qədərini götürdülər, pulunu ödədiyim qədərini isə qədər israr etsəm geri almadılar. Mən məcbur olub malı şirkətin həyətinə boşaltdım.

Geri qayıdanda mülki geyimli polis əməkdaşları yolda "VAZ-2107" markalı avtomobillə qarşımızı kəsdilər haqqımızda şikayət olduğunu dedilər. Güya bizim sürücü şlaqbaumu qırıb. Sonra dedilər ki, mühafizəçini vurub.

Biz yenidən şirkətə geri döndük. Orada polis əməkdaşları tərəfindən baxış keçirildi haqqımızdakı şikayət öz əksini tapmadı. Bizdən kafedə izahat aldıqdan sonra sürücünü buraxdılar. Mən gecə yarısı Bakıya qayıtdım.

Başımıza gətirdikləri bu qədər oyunlara rəğmən ödədiyim məbləği mənə qaytarmırlar. Orxanla Nəriman deyir ki, pulu yemişik, üstündən su içmişik: “Get, əlin hara qəlbidir, ora qoy””...

Pərviz Fərəcovun sözlərinə görə, Lebrobroyler şirkətinin əsl (qeyri-rəsmi) sahibi millət vəkili İqbal Məmmədovdur. İdarəçilik edən Nəriman Orxan isə qardaşı oğlanlarıdır.

Yəqin bu səbəbdəndir ki, Nəriman Orxan adlı şəxs vətəndaşa qarşı etdiyi haqsızlıq azmış kimi, kobudluq da göstərir...

Lebrobroyler məhsullarının internet reklamlarından  belə çıxır ki, sözügedən şirkət heç alıcılarını aldatmayıb. Çünki şirkətin reklam fotosundaqoxusu aləmi gəzərsözləri yazılıb ki, zatən Pərviz Fərəcov da məhz bu səbəbdən malları geri iadə etmək istəyir...

Bir hər gün marketlərə yeni məhsul çatdırırıqifadəsi...

Görünür, doğma yurdunun təbiəti deputat İqbal Məmmədovu özünə çox bağlayıb ki, Lerik rayonunda biznesini böyütməyə qərar verib. Mətbuatda gedən məlumata görə, orada daha bir zavodu - ən müasir texnologiyalarla yem zavodunu da artıq işə salıb.

Onu da qeyd edək ki, təbii olaraq, bütün bu əmlakların deputatın özünün adına olması mümkün deyil...

Şikayətçi Pərviz Fərəcov uzun müddətdir ki, zəhmətlə qazandığı halal pulunu sözügedən  iki şəxsdən geri ala bilmədiyini deyir. O, hüquq-mühafizə orqanlarından ona hüquqlarını bərpa etməkdə köməklik göstərmələrini xahiş edir.

P.S. Məsələ ilə bağlı yazıda adıçəkilən şəxslər öz mövqeyini söyləyə bilər.

Nigar Orucova 

 

0.017081022262573