"Manqurt" sözünün izahı
Həsən Əliyev:
“Manqurt” sözünün izahı ensiklopedik məlumatlarda dolğun və ətraflı şəkildə izah edilmişdir. ”Manqurt” ifadəsinin Qədim Altay və Qırğız mifologiyalarında adamları cəzalandırmaq üçün onların başlarına dəvə boynunun dərisini keçirib, əl qollarını bağlayaraq isti günəş altında dəvənin dərisinin qurumasına qədər saxlandığı söylənilir. Bu cəzanın tətbiqi nəticəsində həmin adamın beyni quruyur və anlaqsız köləyə çevrilirdi. Düşünmək qabiliyyətini itirmiş adam kimi bunlardan “şüursuz kölə” kimi istifadə olunurdu.Onlar verilən hər hansı bir əmrə tabe olurdular. Deyərdim ki, “manqurt” qədim insanların robotlar haqqında ilk təsəvvürləri olmuşdur.
“Manqurt” sözünün təsviri dolğun olaraq izah olunmuşdur. Bu təsvir mifologiya ilə insanlara ötürülən məlumatların əsasında günümüzə gəlib çıxmışdır.
”Manqurt” qədim türk sözü olsa da, bəzən adama elə gəlir ki, dilimizə keçmə qərb mənşəli sözdür. Bunun səbəbi isə “man” sözünün avropa dillərində də çox işlənən söz olmasıdır.Ən əsas səbəb isə bu sözün dilçi alimlər tərəfindən (ələlxüsus türk dilçilərinin) fonetik cəhətdən izahının öyrənilməməsidir.
Qədim türk dillərində “man” sözünə bənzər çoxlu sayda qədim qohum sözlər vardır.Əslində “man” sözü qədim türklərin “şaman” tanrısınən adından yaranmadır. Qədim türk tanrısının adı Qədim Misir tanrıçılığında da öz izini qorumuşdur. Qədim Misirlilərin “günəş”ə “şəms” deməsi, “şəm” sözünün “işıq” mənasında işlənməsi də bu məxəzdəndir. Həqiqətən də bu sivilizasiyanın Ön Asiyadan yaranmasının əsas sübutlarından ən önəmlisidir. Əgər biz “şam ağacı” sözünü bir neçə dildə müqayisə etsək, bu fikrin kostruktiv olması bir daha sübut olunacaqdır.”Şam ağacı”na ingilislər “fir – tree” (firr-misir günəş tanrısı), latınlar “arbor”(hor tanrısı-“h” səsdüşümü), slavyanlar “ель,елка” Hor tanrısı, 1-ci səs (h) düçümü və (r-l ) səs əvəzlənməsi, və ikinci tanrı “ka”-nın adıdır.) və s.Dilimizdəki, “küknar” sözünün özü də iki tanrının “ka+nar” od tanrılarının adındandır. ”Nar” ərəb dilində “od” deməkdir.”Energi” sözü də “nar” sözündəndir.Nar meyvəsinin adı onun qırmızı rəngdə olması - odun rənginin rəmzindəndir.
Eyni zamanda bütün dillərdə “man” sözü “man” ulu tanrının adından ulu dilə keçməsidir.”Amon” sözündəki “a” sözün samitlə başlanması səbəbindən yaranan protezadır (səsartımı).
Keçək “MANQURT” sözünün 1-ci hecası olan “man” sözünün fonetik izahına. Yuxarıda qeyd olunduğu kimi qədim türk dillərində “man-mən” sözü ilahi söz (teofor) olduğu üçün onun bir neçə məntiqi əlavə mənaları da yaranmışdır.Ən qədim türklər bilirdilər ki, tanrı insanlara heyvanlardan fərqli olaraq onlara şüur vermişdir. Onlara da məlum idi ki, insanın şüur mərkəzi onun beynində yerləşir. Onlar yeni söz yaradarkən ilkin sözün kökünə müəyyən səslər artırmaqla yeni sözlər yaradırdılar. Məhz qədim türk dillərində “minq” sözünün mənası(man sözünün şivə forması) ( Kaşğarinin “DLT”-də) “beyin” kimi verilmişdir. Hətta “munq” sözü (yenə orada) sıxıntı, möhnət, iztirab mənasında işlənir.Müasir tibbi dioqnostikada da “beyin sıxıntısı” termini vardır və insanlar özləri də möhnətdə olanda “beynim sıxılır” ifadəsini işlədirlər.
Sözün 2-ci hecası”qurt” haqqında.Kaşğarinin lüğətində “kur,kurğa, kurğır” sözləri dilimizdəki “quru, qurumaq” sözünün qədim formasıdır.Söz qədim semantikasını orfoepiyada demək olar ki qoruya bilmişdir.”Kuru” – “quru”.
“Manqurt” sözünün bütövlükdə mənası təsvirlə izah edilən “beyni qrumuş” sözünün hərfi formasının özü imiş.Hansı səbəbdənsə bu günə qədər bu sözün fonetik izahı öyrənilməmişdir.Hələ də gec deyildir...
Dilimizdə başa soyuq dəyən zaman işlənən “kəllə monqo” sözü də bu semantikadandır.Sözün slenq şəklindəki forması təhrif olunaraq türk və rus dillərində “monqol” kimi işlənilir. Əslində “monqol” sözü xalqın adı deyil, sözün digər şəkildə mənalandırılması (slenqlər) “beyni qurumuş, kütbeyin” mənasında işlənən “monqo” sözünün təhrtif olunmuş formasıdır.Sözün fonetik izahı bilinmədiyindən söz öz məxrəcindən uzaqlaşmışdır.
Tibdə olan “miningit” xəstəliyinin adı da buradandır.Ruslar da buna “менингит” deyirlər.Bu xəstəliyin dioqnozu öz adına uyğundur.Yəni - “beyin yarımkürələrinin iltihabı” xəstəliyi mənasını verir.
Əgər “mənq” sözünün türk dillərində daha qədim semantikasını öyrənsək, bu sözün ilk tanrı təsəvvürü ilə yaşdaş olduğunu görmək mümkündür.Yəni Tanrı “Man”ın ( Amonun, Şamanın) əbədi, sonsuz, olması məntiqindən yaranmış qədim türk sözü “mənqgü”də(yenə Kaşğarinin lüğəti) türk insanın tanrı təsəvvürünün məhsuludur.
Bəzi tarixi mənbələrdə qədim dövrlərdə yaşamış məşhur rəssam Maninin türk olduğu qeyd olunsa da, bunu sübut etmək mümkün olmamışdırƏslində bu heç də təsadüfü deyildir. Baxmayaraq ki, onun yaşadığı dövrü Sasani hakimiyyətinin dövrü kimi qeyd edirlər.Tarixdən məlumdur ki, istər İskəndər Zülqərneyn olsun, istərsə də Teymurləng olsun, onlar istila etdikləri ərazilərdən yaxşı ustaları, memarları, rəssamları, həkimləri, xəttatları və s. öz saraylarına aparırdılar. Mani də həmin sıradandır.Tarixlə dilçilik öyrənilərkən bir sırada olmasa çoxlu tarixi məqamlar dərin qatlarda qalacaqdır.
Qədim türk dillərində “mənqiz” – “bəniz, üz, çöhrə, surət, sifət”, “mənqizlən” isə – “bənizlənmək, gözəlləşmək, bənizinə rəng gəlmək” mənasını bildirir.(Kaşğari KDL)Yenə paralel məntiqi nəticə.Mani insan surətini bənzər şəkildə çəkirdi.Məhz bu səbəbdən də ona türklər “surət çıxaran” mənasında “Mani” adını vermişdilər. Praktik türk dillərində “m-b” səs əvəzlənməsi mümkün səs keçidi halını almışdır.Bundan əvvəlki məqaləmdə “ban” sözünün türklərdə “qadaga” mənasını bildirdiyini yazmışdım. Bu gün Cəbrayıl rayonunun şivəsində işlənən “man” sözü də eyni qəbildəndir. ”Hamıya oldu, mənə gələndə man oldu?”(yəni qadağan oldu)Hörmətli dilçi alimimiz Pr. Qəzənfər Kazımov rus dilində olan “малыш” sözünün də türk sözü “balış” sözündən yarandığını semantik və fonetik hadisə kimi dəyərləndirmişdir. Bu məzmunda çoxlu sayda sözlər vardır: mən-bən, min-bin, minmək-binmək və s.
Sasani şahlarının övladlarına verdikləri “Maniçöhr” adını da Maninin yaratdığı gözəl insan bənizinin (Maninin yaratdığı gözəl çöhrəli) semantikasındandır.Bu adı dövrün metaforik neologizmi kimi də səciyyələndirmək olar. Bunlar hamısı qədim insanların insanın tanrı tərəfindən yaranması təxəyyülünün məhsuludur. Rəssamın çəkdiyi rəsmlərin Tanrının yaratdığı insanın surətinə bənzəməsinin rezonansıdır.Bəlkə də müəyyən peşələrə, o cümlədən rəssamlara verilən “yaradıcı” (tanrıya bənzər) adı da bu təfəkkürdən yaranmadır.
P.S.Müstəqillik dövründə “elmlər namizədi” sözünün “fəlsəfə üzrə” sözü ilə əvəz olunması hamı kimi məni də düşündürürdü. İndi bütün elm sahələrinin adına “fəlsəfə üzrə elmlər doktoru” adı əlavə olunur. Yəni fəlsəfə elminə aid olmayan elmlərə də. İndi düşünürəm ki, həqiqətən bu elmi mənsəbə çatan alim öz elmi sahəsinin fəlsəfəsini bilməlidir. Dilçilik elminin fəlsəfəsi daha dərindir. Elə dilin yaranmasında teolinqvistikanın rolu dilçiliyə girişin fəlsəfəsi deyilmi?Fəlsəfə elə bir elmdir ki, o da məntiq kimi adi gözlə görünmür.Ona tək mənbələrlə deyil, Allahın insana verdiyi bəsirət gözü (anlaqlı, gözüaçıq) ilə baxmaq daha vacibdir.Həqiqətən də sözün özü elə təxəyyülün məhsuludur.
Təşəkkür edirəm.
Paralel.az