ANAMA azad olunmuş ərazilərdə həftəlik görülən işlərlə bağlı məlumat yayıb

ANAMA azad olunmuş ərazilərdə həftəlik görülən işlərlə bağlı məlumat yayıb
 

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə əməliyyatları barədə həftəlik məlumat açıqlayıb.

ANAMA-dan Paralel.az -a bildirilib ki, yanvarın 23-dən 28-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Xocavənd, Laçın, Cəbrayıl və Zəngilanda 5 tank əleyhinə mina, 62 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Bildirilib ki, 467 hektar ərazi mina və PHS-lərdən təmizlənib.

0.0097079277038574