Fars üçün erməni azərbaycanlıdan əzizdir...

Fars üçün erməni azərbaycanlıdan əzizdir...
 

Elman Eldaroğlu:
İran hökmdarı Müzəffəriddin şah Qacar 1903-cü ildə Avropaya səfər edərkən yolüstü Bakıya dönüb, burada iki gün istirahət edir. Manaf Süleymanovun “Eşitdiklərim, oxuduqlarım, gördüklərim” kitabında bu barədə yazılır:

 “Şəhərdəki İran tacirləri dükanlarını şiri-xurşidli bayraqlarla bəzəmişdilər. Şahı qarşılamağa çoxlu tacir gəlmişdi. İyirmiyə qədər adam əlahəzrəti müşayiət edirdi, kamerqer libasında idilər; üzdəniraq libaslarındakı baftalar yağlı, çirkli görünür, yəqin ki, əl ilə bozbaş, plov yedikcə üstlərinə tökülüb əllərilə siliblər. Körpüdən birbaşa vağzala yollandılar. Biz çatanda şah salon-vaqonda idi, o yoğunluğunda adamın vaqona necə girdiyini təsəvvür edə bilmədik. Məiyyəti şahın əşyasını salon-vaqona daşıdıqca elə səs-küy salırdılar ki, elə bil bazardadırlar. Vaqon Batumiyə yollandı. Konsul gedəndən sonra adamlar başladılar şəbədə deməyə, gülməyə.”

Manaf Süleymanov “Bakı milyonçuları” araşdırma kitabında isə şahın milyonçu Tağıyevlə maraqlı dialoqunu təqdim edir:

“Hacı Zeynalabdin Tağıyev şahın şərəfinə verdiyi böyük ziyafətdə giley-güzar edir ki,- mən müsəlman olduğum halda bəs niyə mənim yox, gedib erməni Tumanyanın evində gecələdiniz? 

Şah cavab verir ki,- sən müsəlman olsan da, rus təbəəsisən (tabe), Tumanyan isə mənim rəiyyətimdir. İran təbəəsidir, onun evi mənim evimdir...”

Paralel.az

0.056262016296387