Sənə bir şeir deyim...

Sənə bir şeir deyim...
 

 

Sənə bir şeir deyim,
Sən də onu əzbərlə.
Hər dəfə söyləyəndə,
Adımı gətir dilə…

Gecə Günəş görünməz,
Gündüz Ayı arama…
Namərdlərdən uzaq ol,
Mərdləri sev. Sən, amma

Haqqı axtarma yerdə,
Tanrının yanındadır...
Ölüm uzaqda deyil,
Ömrün hər anındadır…

Elman Eldaroğlu

Paralel.az

0.029473066329956