"QƏRƏNFİL" - 20 YANVAR ŞƏHİDLƏRİNİN əziz xatirəsinə
Dogma Azərbaycanımızın müstəqilliyinin yenidən bərpası ugrunda canlarından keçmiş 20 YANVAR ŞƏHİDLƏRİNİN əziz xatirəsinə həsr olunub.
Şəhid qanından, igid canından,
Günəş odundan yaranmısan sən!
Dönüb atəşə,..dönüb alova,...
Qəbirlər üstə qalanmısan , sən,...
Burda əbədi qalanmısan , sən?!....
Qərənfil dəstə,... məzarlar üstə,...
Ordan boylanır gənclər ahəstə!
Bayatı deyir "Çahargah" üstə!
Bayatı deyir "Çahargah" üstə!
....Sən də qərənfil, layla deyirsən?!...
Sən , şəhidlərə layla deyirsən?!...
-Bəli! Mən şəhidlərə layla deyirəm!
Mən şəhidlərə , öz balam kimi layla deyirəm, layla!
Müəllif: SİMUZƏR GÜLƏRÜZ.
"Paralel.az"