MSK yeni yaradılmış seçki məntəqələr üçün proksi şirkətlə anlaşıb...

MSK yeni yaradılmış seçki məntəqələr üçün proksi şirkətlə anlaşıb...
 

Mərkəzi Seçki Komissiyası yanvarın 23-də yeni yaradılmış seçki məntəqələri üçün zəruri olan malların alınmasına dair müqavilə bağlandığını elan edib.

Dövlət satınalmaları reyestrinin məlumatları müqavilənin yeni ildən əvvəl bağlandığını göstərir.

Ötən ilin iyulunda MSK iclasın yekunlarına əsasən, seçicilərin sayının artması səbəbindən 103 saylı seçki dairəsində 832 yeni məntəqə seçki komissiyasının yaradılması haqqında

 http://www.msk.gov.az/az/newsmsk/1171/ qərar qəbul edib.

“Turan” İA MSK-nın saytında ölkədəki 125 dairə seçki komissiyası üzrə
https://www.infocenter.gov.az/default.aspx 5437 məntəqə seçki komissiyası sayıb.

MSK isə öz növbəsində daha əvvəl məlumat vermişdi ki, 832 yeni məntəqə seçki komissiyası formalaşdıqdan sonra onların sayı 6274-ə çatıb.

Beləliklə, yeni yaradılan məntəqə seçki komissiyaları üzrə seçici siyahıları hələ formalaşmayıb.
MSK yeni MnSK-lar üçün zəruri malların alınması üzrə tenderin qalibinə 1 milyon 67,3 min manat (627,8 min ABŞ dolları) ödəyib.

Malların siyahısı barədə məlumat yoxdur. Bununla bağlı “Turan” MSK-nın Tender Komissiyasına müraciət edib. Burada onlar sualları cavablandırmaqdan imtina edərək, komissiyanın mətbuat xidmətinə müraciət etməyi xahiş ediblər.

Lakin MSK-nın mətbuat xidmətinin rəhbəri Şahin Əsədovun iş telefonu zənglərə cavab verməyib. O, “Turan”ın müxbirin sorğularına sosial platformada da cavab verməyib. Odur ki, yığılmış suallar MSK sədri Məzahir Pənahovla bağlı məlumat sorğusu şəklində ünvanlanıb.

Suallar həmçinin ötən ilin son rübündə yeni yaradılmış MnSK-ların seçici siyahıları üçün inventarların, avadanlıqların, cədvəllərin və stendlərin alınması üçün keçirilmiş üç satınalma müsabiqəsinə aiddir.

MSK onların nəticələrini, eləcə də onlar əsasında bağlanmış müqavilələr barədə məlumatları hələlik açıqlamayıb.

Yeni MnSK-lar üçün zəruri malların alınması üzrə ilk müqavilə “RS7-Qrup” MMC-yə verilib. Bu şirkət https://vergiler.az/news_print.php?announcement_id=40605 2021-ci ilin aprel ayında Bakı şəhəri, Yeni Günəşli qəsəbəsindəki mənzillərin birində yaradılıb.

Həmin ay qanuni nümayəndəsi “RS7-Qrup” MMC-nin direktoru Natiq Nəsir oğlu Quliyev olan daha iki şirkət (“Encoy-2021” MMC və “Merkar-AZ” MMC) yaradılıb.

Həmin şirkətlərin fəaliyyəti, eləcə də Natiq Quliyevin şəxsiyyəti barədə ictimaiyyətə məlumat verilmir. Natiq Quliyev barədə bir seçici kimi də məlumat yoxdur.

Yalnız o, məlumdur ki, “Encoy-2021” MMC (VÖEN: 1904697731) və “Merkar-AZ” MMC-nin (VÖEN: 1904696381) dövlət büdcəsi qarşısında 4311 manat məbləğində öhdəliyi var.

Dövlət Vergi Xidmətindən verilən məlumata görə, bu ilin yanvar ayında Natiq Quliyevin rəhbərliyi ilə Bakı şəhəri, Ağa Nemətulla küç., 51 ünvanında “Vest Baku Təminat” MMC qeydiyyatdan keçib https://vergiler.az/news_print.php?announcement_id=49334 (VÖEN: 1505778941).

Onun da ödənilməmiş vergi borcu var. Qısa müddət ərzində (oktyabr 2021 – noyabr 2022) bu ünvanda 40-dan çox şirkət qeydiyyatdan keçib. Bu şirkətlərin direktorları eyni şəxslərdir ki, bu da onların mənşəyinin şübhəli olduğunu göstərir.

Bir qayda olaraq, belə birgünlük şirkətlərdən müəyyən şəxslər tərəfindən dövlət satınalmalarında, eləcə də idxal əməliyyatlarında və müxtəlif sxemlər üzrə ölkədən kənara valyuta ixracında istifadə olunur.

Paralel.az

0.016618013381958