Azərbaycan Respublikası Milli Məclisin Sədri Sahibə xanım Qafarovaya MÜRACİƏT

Azərbaycan Respublikası Milli Məclisin Sədri Sahibə xanım Qafarovaya MÜRACİƏT
 

Azərbaycan Respublikası Milli Məclisin Sədri Sahibə xanım Qafarovaya  

Bakı şəhəri, Səbail Rayonu, 20-ci sahə,Badamdar yolu küçəsi, ev 28 ünvanında yaşayan Şükürov Azad Sadiq oğlu tərəfindən

                                                                               ŞİKAYƏT MƏKTUBU

Mən, Şükürov Azad Sadiq oğlu Azərbaycan Respublikası Bədən Tərbiyə Akedemiyasının məzunu, veteran idmançı, idman ustasıyam. Yeni Azərbycan Partiyasının üzvüyəm. Əməkdar məşqçi Tərlan Həsənovun tələbəsi olmuşam. Atam Şükürov Sadiq Cəfər oğlu Filalogiya elmləri doktoru, professor olub. Ulu Öndər Heydər Əliyevin həyat və yaradıcılığı haqqında silsiə kitablar və məqalər müəllifidir. Filalogiya və pedaqogika haqqında məqalə və monaqrafyaların və Gəncə xanı Cavad xan haqqında tarixi araşdırmalar əsasında kitablar yazmışdır.

Yazıb sizə bildirirəm ki, yaşadığımız və qeydiyyatda olduğumuz yaşayış sahəsi, Bakı şəhəri, Səbail rayonu 20-ci sahə, Badamdar yolu küçəsi ev 28 (162 nömrəli məktəbin arxa tərəfi) məktəblə evləri ayıran hasarın və evlərin hər an məktəbin həyətinə uçma təhlükəsi olduğu üçün bədbəxt hadisə baş verə bilər. Yağış, qar-sel olan zaman sürüşmə təhlükəsi vardır. Yaşadığımız evin divarlarında çoxlu sayda çatlar yarandığından yaşayış evləri tamamilə qəzalı olmaması barədə məlumat verilmiş və hətta çəkilən 10 ədəd şəkil və akt bizə təqdim edilməmişdir. 162.Noli məktəb 1968-ci ildə tikilmiş arxasındakı evlərin tikilişi isə 1898-ci illərə təsadüf edir. Məktəb tikiləndə evlər köçürülməli və ya müvafiq tədbirlər görülməli idi.

2-ci müraciətimdən sonra Səbail Rayonu icra Aparatından mənim ünvanıma qəribə cavab göndərildi. Guya mən Səbail Rayon İcra başçısı tərəfindən qəbul edilib dinlənilmiş və aidiyyatı üzrə müvafiq tapşırıqlar verilmişdir. Halbuki mən Səbail Rayon İcra Aparatında olmamışam və heç kim məni dinləməyib. Heç kimə heç bir tapşırıq verilməyib. Ardınca qeyd edilir ki, həmin ünvanda ekzogen prosses (sürüşmə, uçqun və s.) baş verməmişdir. Fövqəladə Hallar Nazirliyi tərəfindən çəkilən şəkillərdən aydın görünür ki, evlər təhlükəli vəziyyətdə olmaqla, uçqun və sürüşməyə meyilidir.

Fövqəladə Hallar icra Aparatı gözləmə mövqeyindədilər uçqun,sürüşmə baş versin, evlər 162 Neli məktəbin üstünə aşsın sonra bəlkə lazimi tədbirlər görüldü. Sonda bədbəxt hadisə baş verərsə hansı aidiyyatı qurum məsuliyyət daşıyacaq. Bildiriəm ki, Ölkə Başçısının sənədsiz köhnə tikili evlərə çıxarış verilməsi haqqında sərəncamı bu günə qədər icra olunmamışdır. Mənzil istismar sahəsindən 2020-ci ildə evlər ölçülərək AKT tərtib edildi. Daha sonra 2 ay müddətinə evlərə çıxarış veriləcəyinə söz verilsədə lakin ölkə başçısının sərəncamı bu günə qədər həll olunmamış qalır.

Yuxarıda göstərdiklərimi və qəzalı vəziyyətdə olan evimi nəzərə alaraq, ailəmə başqa yerdə yaşayış sahəsi verilməsinə köməklik göstərməyinizi və ərizəmi nəzarətdə saxlamağınızı xahiş edirəm
Qeyd: Yaşadığımız qəzalı vəziyyətdə olan evlərin 15 (on beş) ǝdǝd foto şəkilləri sizə göndərirəm.

Əvəllcədən minətdarlığımı bildirirəm

A. S. Sükürov, Əlaqə tel: (070) 213-66-13

"Paralel.az"

0.023445129394531