Bizim o ölkəyə hücum etmək niyyətimiz yoxdur - Zelenski nöqtəni qoydu

Bizim o ölkəyə hücum etmək niyyətimiz yoxdur - Zelenski nöqtəni qoydu
 

Ukrayna Belarusa hücum etmək niyyətində deyil.

Paralel.az xəbər verir ki, bunu Ukrayna prezidenti Vladimir Zelenski bildirib.

“Biz Belarusa hücum etmək fikrində deyilik və heç vaxt planlaşdırmamışıq. Belə niyyətlər yoxdur”, - deyə o bildirib.

Onun sözlərinə görə, bu, bütün Ukrayna xalqından belarus xalqına əsas siqnaldır.

Daha əvvəl Belarus prezidenti Aleksandr Lukaşenko bildirmişdi ki, Ukrayna tərəfi silahlıları “silahlandırarkən” təcavüz etməmək haqqında paktı bağlamağı təklif edir.

0.015882015228271