Bakının təmir aparılan iki mərkəzi küçəsindəki son vəziyyət - YENİLƏNİB

Bakının təmir aparılan iki mərkəzi küçəsindəki son vəziyyət - YENİLƏNİB
 

Bakının Əziz Əliyev və Füzuli küçələrində təmir işləri aparılır.

Belə ki, Əziz Əliyev küçəsində aparılan təmir işləri ilə əlaqədar olaraq nəqliyyatın hərəkəti tam dayandırılıb.

Eyni zamanda, Füzuli küçəsinin Azadlıq prospektindən Rəşid Behbudov küçəsinədək olan hissəsində aparılan təmir işlərinə görə də hərəkət məhdudlaşdırılıb.

***

Bakının mərkəzində, Əziz Əliyev küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.

Paralel.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.

Bildirilib ki, Əziz Əliyev küçəsində aparılan təmir işləri ilə əlaqədar olaraq nəqliyyatın hərəkəti dayandırılıb.

Qeyd edək ki, hazırda Füzuli küçəsinin Azadlıq prospektindən Rəşid Behbudov küçəsinədək olan 232 metrlik hissəsində də təmir işləri icra olunduğundan hərəkət məhdudlaşdırılıb.

0.021564960479736