Bu ermənilərin hüquqları Azərbaycan qanunları ilə təmin olunacaq - Prezident
Prezident İlham Əliyev ölkənin sülh prosesinə və Ermənistan ilə Azərbaycan arasındakı münasibətlərin normallaşmasına sadiq olduğunu qeyd edib.
Paralel.az xəbər verir ki, İlham Əliyev bu barədə ABŞ dövlət katibi Antoni Blinkenlə telefon danışığı zamanı deyib.
Dövlət başçısı vurğulayıb ki, Ermənistan ilə Azərbaycan arasında imzalanacaq sülh müqaviləsi beynəlxalq hüququn norma və prinsipləri, Azərbaycanın təqdim etdiyi beş prinsip əsasında yalnız ikitərəfli münasibətlərin normallaşdırılmasını özündə ehtiva etməlidir.
Prezident İlham Əliyev Azərbaycanın Qarabağ iqtisadi zonasında yaşayan mülki erməni əhalisinin hüquqlarının və təhlükəsizliyinin Azərbaycan Respublikasının Konstitusiyası və qanunları əsasında təmin olunacağını qeyd edib.