Niyə məhz Türkiyə səfirliyi ?
Avropa ölkələrində İslamafobiya təəssüratları formalaşdıran addımlar və proseslər zaman-zaman həyata keçirilib. İndi də İsveçdə Qur'ani Kərimin yandırılması eyni şəkildə qəbul edilə bilərdi. Amma düşmənlərin məhz Türkiyə səfirliyinin qarşısını seçməsi, bunun siyasi sifariş olduğunu göstərir və Türkiyənin həssas nöqtələri hədəf alınır. Türkiyədə növbəti prezident seçkiləri yaxınlaşdıqca, bu kimi hadisələrin olacağı ehtimalı təəccüb doğurmur. Baydenlərin, Boltonların son vaxtlar səsləndirdikləri Türkiyə və xüsusilə də Ərdoğanın əleyhinə bəyanatlar, hadisələrin sifarişçisini aydın göstərməkdədir. Atılan addımlar Ərdoğanın yenidən seçilməməsini təmin etmək üçün, həyata keçirilir. Çünki, yeni dünya nizamına doğru proseslərə, Ərdoğanın timsalında Turkiyənin təsir gücü bu ölkələri bərk narahat edir. Çünkü hər kəsin gözü önündə sürətlə inkişaf edən Türkiyə, məhz Ərdoğanın rəhbərliyi altında Abş və Qərb dairələrini narahat edir. Boltonun, Ərdoğanın məğlubiyyətini təmin etmək üçün bütün Avropa ölkələrini, Türkiyənin hazırkı müxalifətinə kömək göstərməyə çağırışı və əks təqdirdə bunun nəticələrinin ağır olacağını qeyd etməsi, əsas verir ki, artıq Türkiyənin qarşısını almaq üçün,məhz Ərdoğanın yola salınmasına nail olmaq lazımdır, düşüncəsindədirlər. Türkiyənin dik duruşu, inkişafı və söz sahibinə çevrilməsi, sözsüz ki arxasında olan müsəlman dünyasına xüsusi güc verir və öz haqlarını müdafiə etmək üçün önəmlidir. Bu isə imperialist qüvvələrin işinə mane olur və onların sömürücü siyasətlərinin sonunu gətirəcəyinə imkanlar verir.
Çingiz Şahbazi
"Paralel.az"