Sən də tale üçün şəhidsən, qardaş

Sən də tale üçün şəhidsən, qardaş
 

Bu gün sənin üçün qərənfil aldım,
Sabah qəbrin üstə gələcəm deyə.
Güllər əllərimdə sopsoyuq oldu,
Özüm də bilmədim nə üçün, niyə.

Yadıma düşdü ki, çöldə hüzn var,
20 yanvarın günüdü sabah.
Qərənfil qırmızı şəhid gülüdür,
Onu almaq ilə etmişəm günah.

Həyat da insanı şəhid eləyir,
Sən də tale üçün şəhidsən, qardaş.
Bu tər qərənfillər qəbrin üstündə,
Ruhunla əbədi olacaq sirdaş.

Göylər narahatdır, torpaq əsəbi,
Ölüm,əcəl quşun süzməsin bir də.
Sona, qərənfillər gör nə deyir,bax:
Həyat ta heç kimi üzməsin bir də.

Sona Abbasəliqızı
19.01.2023
"Paralel.az"

0.031180143356323