Səndən küsdüm, incidim

Səndən küsdüm, incidim
 

Ehey dünyam! Səndən küsdüm incidim,
Gözlərimdə uşaq ikən inciydin,
Hey süzərdim durna kimi havada,
Necə xoşbəxt idim necə dinc idim. 
***
İndi faniliyin üzür canımı,
Yapışıb zəli tək sorur qanımı,
Ayımı günümü elə qovursan,
Alırsan əlimdən hər bir anımı.
***
Dünən körpə idim bu gün qarıyam,
Qoymayırsan səndən doyam yarıyam,
Bir onu bilirəm ey fani dünyam,
Məni sevən kəsin ilk baharıyam.

Məhsəti Şeyda Əli Qızı

"Paralel.az"

0.04970121383667