Azərbaycan XİN: Stokholmda “Qurani-Kərim”ə qarşı təhqiramiz hərəkəti qınayırıq

Azərbaycan XİN: Stokholmda “Qurani-Kərim”ə qarşı təhqiramiz hərəkəti qınayırıq
 

Azərbaycanın Xarici İşlər Nazirliyi Stokholmda “Qurani-Kərim”ə qarşı təhqiramiz hərəkəti qınayıb.

Paralel.az xəbər verir ki, bu barədə XİN-in tviter səhifəsində paylaşım edilib.

Bildirilib ki, açıq nifrət cinayəti kimi islamofob hərəkətlər söz azadlığının ifadəsi deyil: “Biz, İsveç hökumətini bu nifrət cinayətini törədənlərin tezliklə ədalət mühakiməsi qarşısına çıxarmasını təmin etməyə çağırırıq”.

Xatırladaq ki, yanvarın 21-də İsveçin dövlət qurumları Türkiyənin Stokholmdakı səfirliyi yaxınlığında etiraz aksiyası keçirilməsinə icazə verib. Aksiya zamanı “Qurani-Kərim” yandırılıb.

0.13071894645691