Şuşa-Xankəndi yolundakı aksiyada hərəkətin sərbəstliyi mütəmadi olaraq təmin edilir
Laçın-Xankəndi avtomobil yolunun ekoloji aksiyanın keçirildiyi ərazisindən Rusiya sülhməramlılarına məxsus daha 2 təminat-təchizat avtomobili keçib.
AZƏRTAC-ın aksiya yerinə ezam olunmuş müxbiri xəbər verir ki, bu saata qədər 28 maşının keçməsinə şərait yaradılıb.
Bu bir daha onu göstərir ki, ərazidə hərəkətin sərbəstliyi mütəmadi olaraq təmin olunur. Heç də siyasi xarakter daşımayan aksiya humanitar məqsədlərə xidmət edir.
Qeyd edək ki, Ermənistan mətbuatında yayılan və etirazçıların guya Laçın-Xankəndi yolunu bağladıqları və təminat avtomobillərini buraxmadıqları ilə bağlı xəbərlər qarşı tərəfin növbəti dezinformasiyasıdır.