Kədərimi sevdim
Göylərdən ruhuma açılan qapı!
Əzabı içində, dərdi içində.
Mən onu seçmədim, seçim Tanrıdan,
Qorxağın içindən, mərdin içindən.
Bahardan başlayan payız yağışı,
Şumladı üşümü cadar elədi.
Kimi duyuq düşdü, kim alqışladı,
Dönüb dünya boyda kədər elədi.
Calanmır ömürün sınıq şüşəsi,
Özülü sökülmüş evdim , İlahi!
Sevdirir insanı ruhu, nəşəsi,
Mən öz kədərimi sevdim, İlahi!
Adilə Aslanova
"Paralel.az"