Getmişəm

Getmişəm
 

Yığışdırın əşyalarımı, yığışdırın
Üzünüzə, gözünüzə bulaşmasın.
Heç nəyim qalmasın ortalıqda,
Əlinizə, ayağınıza dolaşmasın.

Ordan çəkmələrimi yığışdırın
Ordan da, pencəyimi, köynəyimi...
Ordan fırçamı, darağımı yığışdırın
Ordan da, saatımı, eynəyimi.

...Açın pəncərəsini, açın
Dəyişdirin havasını otağımın.
Yığışdırın güllü yorğanımı,
Qara örtün üstünə yatağımın.

...Önəmli olan nəyim vardısa,
Onsuzda sinəmə yığıb getmişəm.
Axtarmayın məni, gəzməyin-
Getmişəm, çoxdan çıxıb getmişəm.

Zöhrab Mehdi

"Paralel.az"

0.045808076858521