“Ağ evin aparat rəhbəri istefa vermək niyyətindədir”- NYT
Ağ evin aparat rəhbəri Ron Klaynın yaxın bir neçə həftə ərzində vəzifəsini tərk edəcəyi gözlənilir.
Bu barədə “The New York Times” məlumat yayıb.
Mənbələrinin sözlərinə görə, Klayn 2022-ci ilin noyabrından bu planları həmkarları ilə müzakirə edir. ABŞ administrasiyası artıq onun yerinə adam axtarır. Nəşrin məlumatına görə, bu, ABŞ Prezidenti Cozef Baydenin administrasiyasında fəaliyyətinə başlayandan bəri ən ciddi dəyişikliklərdən biri olacaq.
Nəşr bu vəzifəyə mümkün namizədlər arasında ABŞ-nin əmək naziri Martin Volş, kənd təsərrüfatı naziri Tom Vislak, Ağ evin Daxili Siyasət Şurasının rəhbəri Syuzan Rays, Baydenin baş məsləhətçisi Stiv Riççeti, Ağ evin keçmiş koronavirus koordinatoru Ceff Zints və başqa şəxslərin adlarını çəkir.