Hökumət mediasının yalan fırtınası: İcra başçısı Süleyman Mikayılov işə çıxmır...

Hökumət mediasının yalan fırtınası: İcra başçısı Süleyman Mikayılov işə çıxmır...
 

Qaradağ Rayon İcra Hakimiyyətində və onun strukturlarında yoxlamalar aparılır. 

Hakimiyyət tərəfindən  Qaynarinfo-ya ötürülən məlumata əsasən yazır ki, Qaradağ Rayon İcra Hakimiyyətində aparılan yoxlamalar zamanı qurumun özündə və strukturlarında bir sıra nöqsanlar aşkarlanıb. 

Əldə etdiyimiz digər məlumata görə, icra başçısı Süleyman Mikayılov yanvarın əvvəlindən işə çıxmır. Ehtimal edilir ki, başçı səhhəti əsas göstərilərək məzuniyyətə göndərilib. 

İcra başçısının səlahiyyətləri isə birinci müavini Emil Abbasova həvalə edilib.

Süleyman Mikayılovun yaxın vaxtlarda vəzifəsindən azad olunması istisna edilmir. 

Əldə etdiyimiz başqa məlumata görə, Süleyman Mikayılovun Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovla da münasibətləri gərgindir. Bakı merinin Qaradağ rayon icra başçsının fəaliyyətindən narazı olduğu deyilir və dəfələrlə onun yaxın çevrəsində olan məmurlara töhmət verib.

Eldar Əzizov bir neçə dəfə Süleyman Mikayılovun fəaliyyətindəki nöqsanlarla bağlı müvafiq qurumlara şikayət ünvanlayıb.

Qeyd edək ki, bundan əvvəl Sumqayıt və Bərdə icra hakimiyyətlərində yoxlamaların aparılması barədə xəbərlər yayılıb.

P. S. Bu tip yazılar hakimiyyət mediasında geniş yer alır və rüşvətxor məmurlarda vahimə, qorxu yaratmağa və məmurların dövlətdən, xalqdan oğurladığı sərbəti əlindən almağa xidmət edir.

P. P. S. Məmurların jurnaıistlərin zəngini açmadığı, sualına cavab vermədiyi Azərbaycanda rayonlarda yoxlama getdiyi barədə belə dəqiq məlumatı yalnız hakimiyyət özü ötürür...

0.042084217071533