ZALIM
ZALIM
Rutin və Putinkimilər
fəsiləsinə
Heç təsəvvür eləməzdik,
Sən də var olasan, zalım.
Uçuralar dövlət quşu...
Hökümdar olasan, zalım.
Allah sənə dövlət verə,
Şans verə, şan-şöhrət verə.
Rəsmi haqq-ədalət verə,
Zülümkar olasan, zalım.
Xalqı bambaşqa görəsən,
Cücü , qarışqa görəsən.
Qoyun, ya çuşka görəsən,
Çox qəddar olasan, zalım.
Şərqdə “Allahın kölgəsi”,
Qərbdə siyasət tülküsü.
Kiminsə sadiq köləsi,
Riyakar olasan, zalım.
Rusun yambızın öpəsən,
Març-març üz-gözün öpəsən.
"Molodes!" sözün öpəsən,
"Bəxtiyar" olasan, zalım.
Sən milyard-milyard
tıxasan,
Doymayıb, evlər yıxasan.
Tezliklə yoxa çıxasan,
Tarimar olasan, zalım.
18 yanvar 2023 Hafiz Rüstəm
"Paralel.az"