Günah kimdədir?
Dostlar günün reallığınından bəhs edən təzə bir şeir paylaşıram ( zarafatla)
Zamanə korlanıb, günah kimdədir?
Dəyişib donunu başqa gündədir.
Bir bəladır, necə gəlib bilmirəm,
Görünən imanda, nə də dindədir.
Uşaqlar mərhumdu ana südündən,
Malışa öyrənir doğulan gündən.
Analar formada qalması üçün,
Körpələr süd əmmir ana döşündən.
Dar şalvar geyinən xanımlar çoxdu.
Yubkanı bəyənib, geyənlər yoxdu.
Kor olub zamanın görən gözləri,
Bunlara danışan kişi də yoxdu.
Un ələnmir, yoxa çıxıb ələklər,
Bulaşmır xəmirə nazik biləklər.
Təndirə kündəni yapanı yoxdu,
Dükandan alınır hər gün çörəklər.
Yerdən duran telfon alır əlinə,
Çay süzməyir uşaqlara, ərinə.
Kişilər nədənsə dinib, danışmır,
Ağsaqqal utanır, gəlin yerinə.
Baxırsan məhşurlar açır sinəsin,
Göstərir özgəyə döşün giləsin.
Ağsaqqal, ağbirçək bəs hara baxır?
Qınayan qalmayıb niyə beləsin!?
Cavanlar şortikdə gəzir küçədə,
Nə ana dillənir, nə də ki, dədə.
Günəş də, ay da xəcalət çəkir,
Utanır ulduzlar, kainat yerdə.
Bax, budur zamanın acı bəhrəsi,
Yoxa çıxıb həm darağı, cəhrəsi.
Toxunmur palazı, kilim, gəbəsi,
Yaddan çıxıb nənələrin nehrəsi.
Paltarlar yuyulur, paltaryuyanla,
Otaqlar təmizlənir, tozsoranla.
O, laklı dırnaqlar suya toxunmaz,
Qab-qacaq da yuyulur, qabyuyanla.
Gəlinlər əlinə dəyməyir çömçə,
Nə kasa tanıyır, nə də ki, nimçə.
Süfrədə çörəklə pendir yeyilmir,
Yeyilən saskidir, birdə ki, külçə.
Qaynana yanında oturmur gəlin,
Öyrənə bilmirəm bunun səbəbin.
İstəməz qonağa açsın qapını,
Bir özün istəyər, bir də ki, ərin
Raquf, gördüyünü aldın qələmə,
Pendir düzəldən yox, tutub dələmə.
On manat istəsən borc verən yoxdur,
Verənlər çoxalıb pulu sələmə.
Raquf Budaqlı
18.01.2023.