İlin müjdələri optimizm vəd etmir?
Hökumət "bir güllə ilə iki dövşan vurmağa" çalışır
Ötən il ölkədə inflyasiya son 7 ilin rekordlarını qırdı. Statistika Komitəsinin ilkin məlumatlarına görə, ölkə üzrə ümumi qiymət artımı 14-15, ərzaq məhsullarında isə 20 faiz ətrafındadır. Lakin ötən ilin sonlarında Nazirlər Kabinetinin (NK) iclasında baş nazir Əli Əsədov bəyan etmişdi ki, ölkədə ərzaq inflyasiyası 60 faizə çatıb. Əslində bu rəqəmlər də reallıqda olduğundan yaribayarı kiçildilmiş gorünür. Bütün bunları nəzərə aldıqda təxmin etmək olar ki, ölkədə orta illik inflyasiya 2022-ci ildə 40 faizdən çox olub. Elə isə gəlin görək, yeni ilin hökumətdən aldıği ilk müjdələr nə qədər adekvatdır.
Belə ki, yeni ildə dövlət başçısının məlum sərəncamı ilə minimum əmək haqqı 300 manatdan 345 manata (Ermənistanda bu göstərici bizim pulla bu il 340 manata catdirılıb), minimum əmək pensiyası isə 280 manata qaldırıldi. Bununla yanaşı, sosial müdafiəyə ehtiyacı olan digər həssas qurpların məvacibi orta hesabla 15 faiz artırılıb. Lakin müharibə veteranlarına ödənilən 80 manatlıq müavinətin artırılmasi qeyri-müəyyən müddətə təxirə salınıb. Əslində isə hökumət bir qərarla bütün ödəmələrini inflyasiya səviyyəsi qədər artırmalı idi.
İlk olaraq minimum əməkhaqqından başlayaq. NK-nın bu məsələ ilə bağlı mətbuat konfransında bildirildi ki, minimum əməkhaqqının artirilmasından 700 min işçi yararlanacaq. Bunun 450 mini dövlət müəssisələrində calışır. Bu o deməkdir ki, ölkədə 700 min əmək müqaviləsi ilə calısan işçi hələ də 345 manatdan az əməkhaqqı alırmış. Halbu ki, ölkəsə orta aylıq əmək haqqı 828 manat, medyan əmək haqqı (rəsmən məşğul əhalinin az əməkhaqqı alan yarısının orta ayliq əməkhaqqı) isə 410 manat təşkil edir. Yəni ölkədə 700 min işçinin əmək haqqı medyan əmək haqqından da az olub. Üstəgəl.ölkədə bir il ərzində real inflyasiyanın 40 faiz olması o deməkdir ki, bu az əməkhaqqı real dəyərini 40 faiz itirib. Deməli, real gəlirlərin 40 faiz itirilməsi qarşılıginda hökumət minimum əmək haqqını 15 faiz artırmaqla 700 min işçinin əməkhaqqinda 1-15 faiz arası artım edib. Çunki o 700 min işçi arasında 300 manat maaş alan da, 344 manat əməkhaqqı alan da var. Heç olmasa, minimum əmək haqqı rəsmi inflyasiya (20 faiz) səviyyəsində belə artırılmadı. Halbuki, Azərbaycanın qoşulduğu Avropa Konvensiyasına görə, ölkədə minimum əməkhaqqı orta aylıq əməkhaqqının 60 faizindən çox olmalıdır. Bu isə 496,8 manat təşkil edir.
Digər tərəfdən, 2023-cü il üçün qanunla yaşayış minimumu ölkə üzrə 246 manat, əmək qabiliyyətli əhali üçün 261 manat, pensiyaçılar üçün 199 manat, uşaqlar üçün isə 220 manat məbləğində müəyyən edilib. Tutaq ki, ailədə cəmi üç nəfər var - ər, arvad və körpə uşaq. Baxmayaraq ki, ölkədə orta statistik ailə üzvlərinin sayı dörd nəfərdir. İki valideyin və iki uşaq. Üç nəfər ailə üzvünün belə toplum yaşayış minimunun məbləği 742 manat təşkil edir (261+261+220=742). İşləyən təkcə ərdirsə və minimum əməkhaqqı məbləğində, yəni 345 maaş alırsa, bu məbləğ ailənin yaşayış minimumu səviyyəsindən 2,15 dəfə azdır.
O ki qaldı əmək pensiyasının minimum məbləğinin 240 manatdan 280 manata qaldırılmasına, bu minimum ehtiyac meyarının 246 manata qaldırılmasi fonunda gözlənilən idi. Bu artımdan təxminən 90 minə yaxın əmək pensiyaçısi bəhrələnəcəyi bildirilir. Lakin hazırda əmək pensiyaçılarının əksəriyyəti 284-285 manat (268+16.66=284.66) məvacib alır. Həmin məbləğ isə 280 manatdan yüksək olduğuna görə göstərilən miqdarda məvacib alan pensiyaçılara bu artimı təsiri olmayacaq.
Məsələnin bir tərəfi də ondan ibarətdir ki, minimum əmək pensiyası da qanuna görə həri il indeksləşdirilməlidir. 240 manatı 15 faiz indeksləşdirsək, yekun məbləğ 276 manat (240+36=276) təşkil edəcək. Hökumətin bu məbləğə əlavə edəcəyi vəsait hər pensiyaçı üçün cəmi 4 manat təşkil edir. Sərəncamda minimum pensiyanın artılılmsı tarixi də məqsədyönlü şəkildə göstərilməyib. Əgər sərəncamda göstərilsəydi ki, minimum pensiyaların məbləği 1 yanvar 2023-cü ildən 280 manata qaldırılsın, o zaman fevral ayının əvvəlində aparılcaq indeksləşdirmə sərəncamı 280 manatlıq minimum əmək pensiyalarına da şamil edilməli idi. O zaman minimum əmək pensiyasının yəkun məbləğı 322 manata (280+42=322) qalxardı. Yəni hökumət necə deyərlər, bir güllə ilə iki dovşan vurub - minimum əmək pensiyaları 280 manata qaldırmaqla onu indeksləşdirmədən məhrum edib. Əslində isə minimum əmək pensiyası da hər il indeksləşdirilməlidir. Hökumət bu prosesi hər il təkrarlayaraq, minimum əmək pensiyasını indeksləşdirməkdən yayınır. Bu da dövlət səviyyəsində qanun pozuntusudur.
Digər tərəfdən, pensiyanın minimum məbləğinin artması pensiyasya yaşına çatan əməkçilərin əmək pensiyası əldə etmək imkanlarını məhdudlaşdırır. Belə ki, minimum əmək pensiyası 240 manata olanda işçinin pensiya yaşi tamam olduqda, əmək pensiyası hüququ qazanmaq üçün ona minimum 34 560 manat (240x144=34560) sığorta kapitalı lazım idisə, minimum əmək pensiyası 280 manata qalxdıqdan sonra tələb olunan minimum sığorta kapitalının məbləği 40 320 manata (280x144=40320) qalxıb. Sığorta kapitalının bu qədər artırılması səbəbindən on minlərlə pensiya yaşi çatan əməkçı əmək pensiyası deyil, yaşa görə müavinət alacaq. Hazırda yaşa görə müavinət 180 manat idi. Bu günlərdə yaşa görə müavinət də 17 faizə yaxın artırılaraq 220 manata catdırılıb. Yəni minimum əmək pensiyası ilə yaşa görə müavinət arasında olan əvvəlki 60 manatlıq fərq saxlanılıb. Bu minvalla hökumət əmək pensiyasının minimum məbləğini artırmaqla büdcə vəsaitlərinə qənaət də edə bilər.
Sərəncamda pensiyaların indeksləşdirilməsi barədə NK-ya tapşırıq verilib. Amma bu həm də qanunla tənzimlənir. 01 iyul 2017-ci ildə qəbul edilən "Əmək pensiyası haqqında" qanuna əsasən əmək pensiyaları hər il orta aylıq əmək haqqının artım tempinə uyğun olaraq indeksləşdirilir. Statistika Komitəsinin məlumatına əsasən ötən il orta aylıq əmək haqqı 14-15 faizə artıb. Bu isə onu deməyə əsas verir ki, əmək.pensiyaları da elə 14-15 faiz artırılacaq.
Sərancamı şərh edərkən NK-nın mətbuat konfransında bəyan edildi ki, pensiya kapitalı istehlak qiymətlərinə, yəni ümumi inflyasiyaya uyğun olaraq indeksləşdiriləcək. Lakin bu o demək deyil ki, hazırda əməkçikərin ödədiyi sığorta kapitalı inflyasiya səviyyəsinə uyğun olaraq indeksləşdiriləcək. Əslində ölkədə heç bir əməkçinin pensiya kapitalı mövcud deyil. Hökumət "pensiya kapitalı" ilə "sığorta kapitalı"nı qarısdıraraq anlaşılmazlıq yaradır və bu anlaşılmazlıqdan sui-istifadə edir. Necə deyərlər, "çoxbilmiş" məmurlarımız və bəzi deputatlarınız "bulanlıq suda balıq tutmağa" çalışır. Əslində əməkçilərın adına ödənilən 25 faizlik (22%+3%) DSMF ödənişi sığorta kapitalını formalaşdırır və bu məbləğ hökumət tərəfindən indeksləşdirilmir. Pensiya kapitalı isə işçinin öz arzusu ilə, 25 faizlik DSMF ödənişindən əlavə vəsait ödəməklə, əməkçi özünə pensiya kapitalı formalaşdira bilər. Bunu isə heç kim haqlı olaraq etmir, çunki səmərəsiz xərc hesab edilir.