Türkiyənin Ermənistan siyasətində yeni addımlar - I yazı

Türkiyənin Ermənistan siyasətində yeni addımlar - I yazı
 

Siracəddin Hacı:
- Azərbaycan Qarabağı zalımdan və zülmdən azad edərkən Türkiyə birmənalı, çoxyönlü, böyük, tarixi, əsla unutmayacağımız yardım göstərdi, iki dövlətin münasibətləri STRATEJİ QARDAŞLIQ səviyyəsinə yüksəldi, yeni mərhələ başladı;
- Azərbaycan və Gürcüstanla ciddi siyasi, iqtisadi, hərbi, mədəni əlaqələri olan Türkiyə savaşdan sonrakı dönəmdə Ermənistanla da münasibətləri normallaşdırmaq, bu yolla Güney Qafqazda imkanlarını artırmaq yolunu seçdi;
- Ermənistana dedi ki, Türkiyə Brüssel formatını dəstəkləyir, Azərbaycanla birbaşa danışıqlar yolunu seç, Azərbaycanın ərazi bütövlüyünü, Qarabağ-Xankəndi üzərindəki suveren haqlarını tanı, sərhədlər müəyyən olunsun, Zəngəzur yolu açılsın, Türkiyə ilə Ermənistanın qarşılıqlı faydaya əsaslanan əlaqələri qurulsun, nəticədə, bölgəyə barış, hüzur, inkişaf gəlsin;
- Türkiyənin Ermənistanda ona qarşı illər boyu formalaşdırılmış rəydən xəbəri var, Paşinyan hökumətinin vəziyyətini bilir, onu çətin duruma salmaq istəmir, elə buna görə də addım-addım irəliləmək yolunu seçdi, ikiyönlü danışıqların başlaması, əlaqələrin qurulması üçün Ermənistana saxta soyqırımı iddialarından, Türkiyəyə ərazi tələblərindən əl çək demədi, rəsmi bəyanat vermədi – təbii ki, şərtlərini bağlı qapılar arxasında açıqladı, erməni xalqını qıcıqlandırmaq, Paşinyana qarşı yönəltmək istəmədi – Türkiyə Paşinyan hökumətinin mənafeyinə uyğun olduğunu düşünür;
- Avropa ilə əlaqə qurmağa, Rusiyanın təsir məkanından uzaqlaşmağa çalışan Paşinyan dəqiq bilir ki, hökumətinin davamlılığı, Ermənistanın gələcəyi Türkiyə və Azərbaycanla münasibətlərin normallaşdırılmasına bağlıdır – Rusiyanın müqavimətini bu yolla azalda bilər. Elə buna görə də Türkiyə ilə əlaqələrin qurulması üçün addımlar atdı;
- Təmsilçilər müəyyənləşdirildi, görüşlər başladı, telefon diplomatiyası tətbiq olundu, çox ciddi nəticələr olmasa da, Türkiyə ilə Ermənistan arasında hava yolu açıldı, Ərdoğan Avropada Paşinyanla görüşdü, dedi ki, iki dövlət arasında psixoloji divarlar yavaş-yavaş yıxılır, bu, müsbət göstəricidir, ancaq daha ciddi addımlara ehtiyac var, bunun üçün Azərbaycanla münasibətlərin qurulması işi sürətləndirilməlidir;
- Qeyd edim ki, Brüssel danışıqları davam edəndə Türkiyə ilə Ermənistan arasında yaxınlaşma güclənir, Rusiya Qarabağ məsələsinin tək hakimi olanda isə zəifləyir;
- Rusiya Brüssel danışıqlarını pozdu, erməni xalqını Paşinyana qarşı mübarizəyə çağırdı, onu erməni xalqının mənafelərinə xəyanətdə ittiham etdi, Paşinyan cavab addımları atdı, Qarabağ məsələsinin nizamlanması ilə bağlı Rusiya planını qəbul etdiyini bildirdi, KTMT-nin yekun sənədini imzalamadı, nazirini Moskvaya göndərmədi, Rusiya hərbi bazaları Ermənistana təhdiddir dedi, fərqli yollarla Xankəndindəki mitinqə qarşı çıxdı, Avropaya dedi ki, Azərbaycan Rusiya ilə birgə hərəkət edir, o, Azərbaycanın yanlış addımlarından istifadə edərək diplomatik üstünlük qazandı...;
- Bu məqamda – Ermənistanın Rusiya ilə münasibətlərinin gərginləşdiyi anda Türkiyə Ermənistana doğru iki addım da atdı, yükdaşıyan təyyarələrin uçuşuna icazə verməyən yasaqları qaldırdı, Ağrı dağında jandarma üçün baza qurdu;
Türkiyənin bu yeni addımlarının səbəblərini sıralayaq:
Ardı var...

Paralel.az

0.01186990737915