Brüssel prosesi “rəhmətə getdi”...
21:41 13-01-2023
9413
Qəzənfər Həmidoğlu:
2023-cü ilin postsavaş narrativləri
Prezident İlham Əliyev yerli telekanallara müsahibəsində Zəfərin 3-cü ilində və sonrakı illərdə postsavaş meydanında atılacaq addımların, hərbi-siyasi və diplomatik “yol xəritəsi”nin faktiki olaraq konturlarını açıqladı. Müsahibədə postmüharibə dövrünün 3-cü ilinin prioritetləri elan edilir, Vətən müharibəsi, sülh danışıqları və vasitəçiliklə bağlı paradiqmalar vurğulanır və dəqiqləşdirilir.
Bu kontekstdə “müharibənin sonu” narrativi diqqəti cəlb edir. “Mən hesab edirəm və ümid etmək istəyirəm ki, 2022-ci il İkinci Qarabağ müharibəsinin REAL SONU olacaq və bu il belə hadisələr baş verməyəcək”.

“Bizim üçüncü müharibəni başlamaq fikrimiz yoxdur”, - deyən dövlət başçısı eyni zamanda Azərbaycanın regionda baş verən hadisələrin artıq obyekti deyil, subyekti olduğunu, müharibədə qazanılan hərbi-siyasi təşəbbüsün inkişaf etdiriləcəyini bildirir: “...Əgər görsək ki, bizə qarşı hər hansı bir təhlükə varsa və Ermənistan öz havadarları ilə bizə qarşı hansısa təxribat planlaşdırırsa, biz dərhal əlimizdə olan bütün imkanlarla bu təhlükəni aradan götürəcəyik və bəri başdan onları və onların arxasında dayananları da xəbərdar edirik”.
Və yaxud: “Biz Ermənistanla məsələni həll etmişik. Əminəm ki, üçüncü müharibə olmayacaq. Amma təhdidlər aradan qalxmayıb, müharibədən sonra yeni təhdidlərlə üzləşmişik. Bu təhdidlərə sinə gərmək asan məsələ deyil - həm iradə olmalıdır, həm də ki, özündə əminlik olmalıdır. Biz heç vaxt avantüraya getməmişik və getməyəcəyik. Əgər bu təxribatlara qarşı biz, necə deyərlər, çox sarsıdıcı şapalaq vurmuşuqsa, deməli bu, sadəcə olaraq, təbliğat deyil, özümüzdə güc hiss edirik. Hər kəs bunu bilməlidir ki, bizimlə heç kim zarafat etməsin. Biz bunu müharibədən dərhal sonra başlamışıq. Çünki bilirdik ki, dünyanın gələcəyini bu, müəyyən edəcək”.
Bu bəyanat və mesajları belə yozmaq olar: “sülh istəyirik, amma hərbdən də qorxmuruq” və ya “sülh üçün hərbə də əl atıla bilər”
Ermənistan-Azərbaycan sülh danışıqları və ondan gözləntilərlə bağlı heç bir manevrə gedilmir və birbaşa bəyan edilir: “Delimitasiyanı istəmirlər – heç lazım da deyil. Deməli, SƏRHƏD BİZİM İSTƏDİYİMİZ YERDƏN KEÇƏCƏK....Sərhəd delimitasiya edilməyib, bəs kim deyir ki, sərhəd buradan deyil, oradan keçir. Mən hesab edirəm ki, buradan keçir. Mənim bunu demək üçün əsaslarım var – tarixi, kartoqrafik əsaslar. Buna görə bu məsələ bizdən çox onları maraqlandırmalıdır. Biz uzun müddət belə yaşaya bilərik, SÜLH MÜQAVİLƏSİ OLMASA HEÇ LAZIM DA DEYİL. Amma sonra nə olacaq? Sonrasına baxarıq. Buna görə də düşünürəm ki, onlar mənim mesajlarımı eşidəcək və düzgün nəticə çıxaracaqlar. Bir daha deyirəm, mən indiki halda təzyiq göstərən tərəf kimi görünmək istəmirəm və heç bir halda, heç bir şəraitdə hətta HÖRMƏTƏ LAYİQ OLMAYANA DA HƏR HANSI HÖRMƏTSİZLİK GÖSTƏRMƏMİŞƏM. Sadəcə, bir daha nəzərə çatdırmalıyam...”
Azərbaycan-Ermənistan danışıqlarında vasitəçilik edən və ya etmək istəyən ölkələrə münasibətini açıqlayan Azərbaycan Prezidenti Brüssel prosesinə fatal diaqnoz qoyur: “Minsk qrupu “rəhmətə gedəndən” sonra indi Avropa İttifaqı öz rolunu oynamağa başlamışdır və biz bunu dəstəklədik. Mən şəxsən bir neçə dəfə bu haqda açıqlama vermişdim. Demişdim ki, biz bunu təqdir edirik. Ancaq əgər bizim arxamızda belə oyunlar gedəcəksə, onda bu formatın da gələcəyi şübhə altına düşəcək. Fransa faktiki olaraq özü-özünü bu prosesdən tamamilə təcrid etmişdir. İndi qalır AMERİKA və RUSİYA. Yəni, danışıqlar meydançalarını hazırda belə görürük. Əlbəttə ki, Avropa da ola bilər, amma əgər, yenə də deyirəm, bizimlə özünü dürüst aparsa”.
Postsavaş dövründə taktika strateji hədəfə doğru mərhələli, yeni situasiya yaratmaqla irəliləməkdir. “Dünyada mümkün olmayan bir şey yoxdur. Qayıdırıq Laçın-Xankəndi yolundakı həmin aksiyaya. Kimin ağlına gələ bilərdi ki, 2022-ci ildə - müharibədən cəmi iki il sonra artıq tamamilə yeni bir vəziyyət yaranacaq”, - deyə dövlət başçısı müsahibəsində bildirir. Və yaxud: ”..Mənim fikrimcə, (ermənilər üçün – Q.H.) bu il sonuncu şans olacaq. Ona görə ki, sonra 2024-cü il gəlir, sonra 2025-ci ildə Rusiyanın sülhməramlı missiyası başa çatır. Onlar burunlarının ucundan bir qədər irəli barədə düşünməlidirlər”.
Dünya düzəninin yenidən şəkillənəcəyinin gözlənildiyi 2023-cü ildə xarici siyasət ön plana keçərək 1№-li prioritet təşkil edəcək. “Biz reallıqlara əsaslanmalıyıq, dünyada öz yerimizi bilməli və mövqelərimizi gücləndirməliyik... Bizim xarici siyasətimizin əsas istiqaməti və məqsədi beynəlxalq müstəvidə ölkəmiz üçün daha münbit şərait yaratmaqdır ki, ölkə daxilindəki proseslər müsbət məcrada davam etsin. Uzun illər Azərbaycanda, ölkə daxilində hər hansı bir risklər, təhdidlər yoxdur. Mümkün olan bütün risklər, təhdidlər hüdudlarımızın kənarında formalaşır. Özümüzü bu təhdidlərdən qorumaq üçün əlbəttə ki, xarici siyasət, o cümlədən hərbi siyasət öz rolunu oynamalıdır”.

Paralel.az