Toy və yas məclislərimiz barədə düşüncə - Tapdıq Abbas yazır

Toy və yas məclislərimiz barədə düşüncə - Tapdıq Abbas yazır
 

Hər kəs ölkəmizin müharibə vəziyyətində olduğunu, şəhidlərimizi unutmamalıdır

Tez-tez yüksək vəzifəli şəxslərin övladlarına təmtəraqlı toy məclisi keçirmələri barədə xəbər alırıq. Açıq qeyd etmək lazımdır ki, bu cür xəbərlər müharibə vəziyyətində olan ölkəmizin sadə vətəndaşlarını çox narahat edir.

Əvvəla, hər bir sadə insan ölkədə vəzifə tutan məmurların pis əməlindən, yarıtmaz, cinayətkar fəaliyyətindən, övladını müharibədən gizlətməsindən çox qəzəblidir. İkincisi, şəhidlərimizin tərkibinin yalnız sadə insanların övladlarından ibarət olması xalqı ciddi narahat edir.

Lakin əhali onu da bilir ki, toy da, yas da insan həyatında vacib hadisəsidir. Həm toy şənliyini, həm də yası mərasimin elə tərzdə keçirmək mümkündür ki, insanlar narahat olmasın. Onu da unutmaq olmaz ki, atalar deyib ki, "toyla yas əkizdir". Sadəcə, bu iki vacib tədbir elə təşkil olunmalıdır ki, insanların sosial imkanlarını qabartmağa, varlı-yoxsul qrupuna bölünməsinə və parçalanmasına xidmət etməsin.

SSRİ imperiyası zamanı vəzifəli məmurlar dəbdəbəli toy şənliyi və hüzn mərasimi təşkil etməkdən çəkinirdilərsə, təəssüflə qeyd edim ki, ölkəmiz müstəqillik əldə edəndən sonra SSRİ-dən miras qalmış yaxşı adət-ənənləri də unutmuşuq. Adət-ənənələri qorumaq dövlətin ən ümdə vəzifələrindəndir.

Yaxşı xatırlayıram, mərhum Heydər Əliyev hələ ötən əsrin 70-ci illərdə Azərbaycanda vəzifəli şəxslərin minik avtomobili almasına, övladlarını BDU-nun hüquq fakültəsinə qəbul etdirmələrinə, dəbdəbəli toy və yas keçirmələrinə yasaq qoymuşdu. İnsanlar arasında nisbi də olsa, bərabərlik yaratmışdı.

Düşünürəm ki, kimliyindən asılı olmayaraq, toy və yas məclisi təşkil edən hər kəs ölkəmizin müharibə vəziyyətində olmasını, çoxminli şəhidlərimizin ailələrinin keçirdiyi hissləri mütləq nəzərə almalıdır. Bu vacib tövsiyyəyə, xüsusən vəzifə daşıyan insanlar ciddi əməl etməlidir. Ən azı, hər bir məmur ölkə başçısının həyat tərzini özü üçün nümunə seçməlidir.

Müqaisə üçün qeyd edim ki, yaxınlarda ölkə mediasında iki toy şənliyi barədə xəbər yayılıb. Birinci toy xəbəri ölkə prezidentinin oğlu Heydər Əliyevin toyu barədə oldu və toy barədə cəmiyyətə çox sadə informasiya ötürüldü.

Digər toy barədə təmtəraqlı xəbəri mətbuatdan oxuyan hər kəsdə xoşagəlməz əhaval yaratdı: "MSK sədri Məzahir Pənahov oğlanlarına İKİ MÖHTƏŞƏM TOY ETDİ" başlıqda cəmiyyətə təqdim olunan səs-küylü xəbəri insanlar yaxşı qarşılamadı...

Nə isə, gəlin, düz yol seçək ki, xalqın nifrət və qəzəb hissini qabartmayaq...

Tapdıq Abbas



0.018144845962524