Əhali hökumətə və Dünya Bankına inanmır - Tapdıq Abbas yazır

Əhali hökumətə və Dünya Bankına inanmır - Tapdıq Abbas yazır
 

Xalqa dözüm verən amil ölkə Prezidentinə bəslədiyi ümiddir

Azərbaycan əhalisi təbii sərvətlərlə zəngin ölkədə yaşasa da, məmurlardan savayı, əksəriyyət təşkil edən sadə insanlar normal həyat tərzindən məhrumdur.

Ölkədə həyyat səviyyəsinin həddindən ziyadə aşağı olması, insanların normal yaşamaq imkanının əlindən alınması insanların ölkədən kütləvi qaçması ilə nəticələnib. Ölkə əhlisinin sayı siyahı 10 mini keçsə də, əhalinin yarısının belə, ölkədən getməsi barədə dolaşan xəbərlər həqiqəti əks etdirir. Həmin köç bu gün də davam edir. İnsanların çətin, anormal həyat tərzi yaşamasının günahkarı isə, ilk növbədə, Xalq özüdür.

Çünki hökumətin fəaliyyətinə nəzarət etmək hüququnu xalq tam əldən verib və hazırda məmurlara qarşı mübarizə əmsalı sıfırın altına düşüb. Xalqın sərvətlərini acımasız şəkildə talayan rüşvətxor və korrupsioner, hesabatlılıqdan və şəffaflıqdan uzaq olan hökumət kasıblıqla boğulan əhalinin göz yaşına məhəl qoymur, məmurlar xalqın başında qoz sındırır.

Günahkar siyahısında digər yer alan qurumlar arasında beynəlxalq aləmdə sümürgənliyilə yaxşı tanınan, hökumətin yarıtmaz sosial-iqtisadi siyasətini müdafiə edən, ölkəni yüksək faizli kreditlərlə sümürən Dünya Bankıdır.

Ölkənin təbii sərvətləri - neftdən və qazdan, o cümlədən gömrükdən, vergidən və digər mənbələrdən dövlət büdcəsinə daxil olan gəlirlər dövlət və beynəlxalq iqtisadi qurumlar tərəfindən mütəmadi mənimsənilir. Xüsusən ölkəni yüksək faizli kreditlə daim sümürən Dünya Bankı onunla əlbir olan, ona şərait yaradan hökuməti müdafiə edir.

Ona görə də, Azərbaycan əhalisi dağıdıcı hökuməti müdafiə edən Dünya Bankına əsla inanmır.
İnamsızlığı yaradan Dünya Bankının Azərbaycan hökumətinin sosial-iqtisadi durumu barədə tez-tez yalan və əsassız açıqlamalar verməsidir. Adətən, bu açıqlamalarda hökumətin yürütdüyü, əhalinin narazılıq etdiyi yanlış iqtisadi siyasət barədə daim müsbət rəy verilir.

Məsələn, Dünya Bankı, heç bir əsas göstərmədən, açıqlama verib ki, 2023-cü ildə Azərbaycanda iqtisadiyyatın artımı 2,8% təşkil edəcək. Bu isə Dünya Bankının 2022-ci ilin iyun proqnozu ilə müqayisədə 0,6% çoxdur. Dünya Bankı həmçinin, açıqlama verib ki, 2024-cü ildə Azərbaycan iqtisadiyyatının ötən proqnoza nisbətən 0,3% çox, yəni 2,6% artacağını müəyyən edib.(Apa)
Dünya Bankının başqa bir yalanı isə - hazırda Azərbaycanda qiymət artımının dayanması barədə verdiyi açıqlama isə, ölkə əhalisini tam qəzəbləndirib.

Maraqlıdır, ölkənin bazarlarında, marketlərində, bütün ticarət şəbəkələrində qiymətin yüksəlməsini, xüsusilə ərzaq və gündəlik təlabat mallarının qiymətinin artması ilə hər gün qarşılaşanlar, 240-300 manat təqaüdə göz tikən 1,3 milyon insan və 80 manata möhtac qoyulan çoxminli müharibə veteranları Dünya Bankının qiymət artımının ölkədə dayanması barədə verdiyi yalan açıqlamya, yoxsa qarşılaşdığı fantastik qiymət artımına inansın?!

Ölkədə yaşayan və qiymətlərin artmasından əziyyət çəkən hər bir insan yaxşı bilir ki, yalan açıqlamalar hökumətlə Dünya Bankının Azərbaycandakı nümayəndəliyinin bazarlığından sonra verilir və əsasən, xalqı aldatmağa xidmət edir...

0.018008947372437