Kuleba: “Patriot”un Ukraynaya təhvil verilməsi prosesi başlayıb

Kuleba: “Patriot”un Ukraynaya təhvil verilməsi prosesi başlayıb
 
"Patriot” zenit-raket komplekslərinin Ukraynaya təhvil verilməsi üçün hazırlıqlara başlanılıb.
 
Paralel.az xəbər verir ki, bu barədə Ukrayna xarici işlər naziri Dmitri Kuleba yerli media üçün keçirilən onlayn mətbuat konfransında deyib.
 
"Keçən ili biz Ukraynanı "Patriot" sistemləri ilə təmin etmək üçün Ukrayna və ABŞ liderləri Vladimir Zelenski və Cozef Bayden tərəfindən razılaşdırılan inqilabi qərarla yekunlaşdırdıq. Biz ABŞ-ın bu addımını çox yüksək qiymətləndiririk.
 
"Patriot" sistemlərinin mümkün qədər tez yerləşdirilməsini səbirsizliklə gözləyirik. Bu sistemlərin təhvil verilməsi üçün hazırlıqlar artıq başlayıb", Kuleba vurğulayıb.
 
Ukrayna diplomatiyasının rəhbəri əlavə edib ki, bu gün prezident Zelenski və bütün diplomatik komanda Qərb silahlarının yeni növlərinin tədarükü ilə bağlı yeni həllər üzərində intensiv işləyir: "Bu, ilk növbədə, Qərb tipli tankların və digər zirehli texnikaların tədarükünə aiddir"
0.060020208358765