Xankəndində yaşayan ermənilər aclıqdan şikayətlənirlər
Azərbaycanın Qarabağ bölgəsində məkunlaşan ermənilər ərzaq sarıdan korluq çəkməyə başlayıblar.
“AzPolitika.info” xəbər verir ki, bu barədə erməni fotoqraf Ani Kaginyan sosial şəbəkə hesabındanpaylaşım edib. Paylaşılan görüntülərə əsasən Qarabağdakı ərzaq mağazaları boşalıb və demək olar ki, heç bir çeşid qalmayıb.
Xatırladaq ki, dekabrın 12-də erməni separatçılarının mədənlərimizi talamasına etiraz olaraq Şuşa-Xankəndi yolunda başlayan aksiya 23 gündür ki, davam edir. Aksiyanın əsas tələbi separatçılar və Ermənistanın silahlı dəstələrinin Qarabağı tərk etməsi, habelə Azərbaycan yuridiksiyasının Xankəndidə təmin olunmasından ibarətdir.
Qeyd edək ki, Şuşa-Xankəndi yolu humanitar məhsulların daşınması üçün açıq olsa da, hazırda Ermənistandan Qarabağa heç bir avtomobil hərəkət etmir. Ermənilər bununla sadəcə, özləri üçün təbliğat qurmağa, “humanitar fəlakət” rəyi yaratmağa çalışırlar.
Bu barədə Azərbaycan XİN-i dəfələrlə bəyan edib ki, Qarabağda yaşayan ermənilərin bütün ehtiyacılarını qarşılamağa hazırdır. Əgər bu gün hər hansı bir mülki erməni Azərbaycan tərəfinə yaxınlaşıb, köməklik istərsə və ya Azərbaycan vətəndaşlığını qəbul etdiyini bildirərsə, onun üçün istənilən şərait yaradıla bilər.
Yox, mülki ermənilər Vardanyan, Harutyunyan və digərlərinin oyununa qoşulub, belə də davam etmək istəyirlərsə, o zaman indikindən daha artıq məhdudiyyətlə üzləşəcəklər. Seçim onlarındır.
Qeyd edək ki, "Azadlıq Radiosu"nun erməni redaksiyası da Xankəndindən növbəti reportaj hazırlayıb.
Azərbaycan dilində təqdim olunan reportajda ermənilər vəziyyətdən şikayətlənir, artıq mağazalarda hansısa ərzaq mallarının qalmadığını iddia edirlər.
Həmin reportajı təqdim edirik: