Xankəndidən köçlə bağlı "sənəd" yayıldı – Tarix qeyd edilib - FOTO

Xankəndidən köçlə bağlı
 

2023-cü il fevralın 1-dən Xankəndi şəhərinin boşaldılması üçün 50 avtobusun ayrıldığı qeyd edilir.

Bizim.Media yazır ki, bu ifadə Qarabağdakı qondarma rejimin “dövlət naziri” Ruben Vardanyanın 2022-ci il noyabrın 16-da imzaladığı sənəddə yer alıb.

"Bir vaxtlar Rusiyada yaşayan və indi də Xankəndi şəhərində əhalini Ermənistanın baş naziri Nikol Paşiyana qarşı qaldıran bu təlxək “iş adamı” köçürülmə ilə bağlı yerli “dövlət idarəetmə orqanlarına və onların tabeliyində olan idarə və təşkilatlar”ın rəhbərlərinə müraciət edib", - sayt yazıb.

Ermənilərə məxsus Teleqram kanallarında isə üzərində möhürü olan bu “sənəd” haqda müxtəlif fikirlərin səsləndirildiyi söylənilir.

 

 

 

  •  

 

0.041083812713623