Azərbaycanlı iş adamı vəfat etdi-FOTO

 

Azərbaycanlı iş adamı vəfat etdi-FOTO 
 

Moskvada yaşayan tanınmış iş adamı Salman Zeynalov dünyasını dəyişib.

İş adamının dostlarının verdiyi məlumata görə, S. Zeynalov  səhətində yaranmış problemdən əziyyət çəkirmiş. Çoxsaylı tibbi müdaxilələr isə nəticə verməyib.

İş adamının nəşi Azərbaycana gətirilib və doğulduğu Şəmkir rayon Çinarlı kəndində bu gün dəfn olunacaq.

Qeyd edək ki, 1964-cü ildə anadan olmuş Zeynalov Salman Abbas oğlu xeyriyyəçiliyi və humanitar aksiyaların təşkilatçısı kimi də tanınırdı. O, pandemiyanın şiddətli dövründə Rusiyada yaşayan azərbaycanlılara öz dəstəyini əsirgəmirdi. 

Allah rəhmət eləsin.

0.015435934066772