TANRIYA ŞÜKÜR!

TANRIYA ŞÜKÜR!
 

Xoşbəxtəm! Düşünürəm, nə yaxşı ki, Allah məni Afrika qitəsində, aclıqdan əziyyət çəkən bir qəbilədən olan kişinin ailəsində dünyaya gətirməyib. Nə gözəl ki, Hindistanda İNƏYƏ sitaiş edən və ya Yaponiyada bütlərə inan hansısa xalqın nümayəndəsi deyiləm. Yəni Allah məndən ingilis, fransız, alman, ərəb, fars, nə bilim, kim də düzəldə bilərdi, amma nə yaxşı ki, oğuz elində türk oğlu türk yaradıb. Ona görə də bədbəxt yox, xoşbəxtəm. Buna da şükür!..

Mən Hitler kimi müştəbeh deyiləm ki, öz xalqımı “ARİ” adlandırım və ya erməni kimi xristianlığın yaradıcısı. Mən beş minə yaxın xalq və millətin sırasında olan Azərbaycan millətinin nümayəndəsiyəm- əlli milyondan biri. Yüz doğsan dörd ölkədən birinin vətəndaşı...

Deyəsən, çox uzaqdan başladım, sözümün canı odur ki, nə yaxşı ki, Allahın rəhmi üstümdədir, hələ ki, yaşayıram, ömrüm davam edir. Daha doğrusu, yanvarın 3-ü bu dünyaya gəlişimin 57 ili tamam olur. Şükür etmək borcum var- TANRIYA ŞÜKÜR!..

Xoşbəxtəm ki, bu yaşımda doğmalarıma, əzizlərimə, dostlarıma BAŞ DAŞIndan boylanmıram...

Elman Eldaroğlu

0.010916948318481